Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Rusiyanın bu ərazisi Ukraynanın əlinə keçdi

TƏCİLİ! Rusiyanın bu ərazisi Ukraynanın əlinə keçdi

SON DƏQİQƏ

614

17.03.2024, 16:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib
Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionunun nəzarətinə keçib. Oxu24.com xəbər verir ki, bu barədə legion teleqramda bildirib.
“Belqorod vilayətinin Qorkovski qəsəbəsi “Rusiyanın azadlığı” qüvvələrinin nəzarəti altındadır”, – məlumatda diqqətə çatdırılıb. Açıqlanıb ki, hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb. Xatırladaq ki, daha öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevrildiyini açıqlayıb. Qeyd edək ki, “Rusiyanın azadlığı” legionu rusiyalı əsir və könüllülərdən ibarət hərbi birləşmədir. Ukrayna Silahlı Qüvvələrinə tabedir. 2023-cü ilin martında Rusiyanın Ali Məhkəməsi legionu terror təşkilatı kimi tanıyıb.