Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan əsirləri tələb edir, Ermənistan razı olmur

Azərbaycan  əsirləri tələb edir, Ermənistan razı olmur

SİYASƏT

708

08.12.2018, 11:44

\"\" Ermənistanın baş naziri vəzifəsini icra edən #Nikol Paşinyan Sank Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə diqaloqu barədə açıqlama verib.
Femida.az erməni KİV-ə istinadən bildirir ki, Paşinyan azərbaycanlı və #erməni əsirlərin qarşılıqlı olaraq qaytarılması barəsində razılığa gəlmədiklərini qeyd edib. Onun bəyanatına əsasən, Azərbaycan bütün azərbaycanlı və erməni əsirlərin qarşılıqlı şəkildə ekstradisiyasını tələb edib. Ancaq Ermənistan bu məsələni qondarma DQR-lə müzakirə etməyi təklif edib.
Azərbaycan tərəfi isə heç bir hüquqi əsası olmayan və separatçı rejimin hökm sürdüyü DQR-lə müzakirəni əsassız sayıb. Qeyd edək ki, bu bir daha Azərbaycan tərəfinin humanist davranışlarının göstərisidir. Ermənilər bir daha insani dəyərlərdən uzaq olduğunu göstərib.