Qaynar xətt:

(+99450) 247 90 86

Məktəb direktorunu al-qana boyayan məşhur aktyorun MÜSAHİBƏSİ +VİDEO

Məktəb direktorunu al-qana boyayan məşhur aktyorun MÜSAHİBƏSİ +VİDEO

SİYASƏT

1072

21.11.2018, 13:31

  Bu günlərdə mətbuatın əsas müzakirə  mövzusu tanınmış aktyor Rza Rzayevlə  məktəb direktoru  Bakı şəhəri, Yasamal rayonu, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin əlbəyaxa davasıdır.
Oxu24.com  Femida.az-a  istinadən  rejissor və aktyor Rza Rzayevlə müsahibəni təqdim edir:
Müsahibin qısa arayışı: Rza Rzayev 17 may 1973-cü ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnsitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili alıb. Daha sonra New York Sinema Akademiyasinda rejissorluq kursu keçib. 2014- cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama!” filmində çəkilib. 2012-ci ildə "Dolu" filmində yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır.