Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7229
az

Paşinyandan Dilqəm və Şahbazla bağlı ŞOK ETİRAF: Daha iki Ramil Səfərovu...

14:4120 Noyabr, 2018
820
SİYASƏT
  • A
Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib.

Oxu24.com xəbər verir ki, bu etirafı Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən edib.

Karen Kazaryanın qohumları etiraz aksiyası keçirərək yolları bağlayıblar.

Paşinyan onlardan soruşur ki, “bu etiraz kimə qarşıdır”.

“Əgər Azərbaycana qarşıdırsa, onda niyə yolları bağlayırsınız, yox, əgər bizə qarşıdırsa və hesab edirsinizsə ki, az diqqət göstərilir, bu, doğru deyil. Mənim həyat yoldaşım iki dəfə bu ailə ilə görüşüb, mən də görüşəcəm. Əgər hesab edirsinizsə ki, Ermənistan Kazaryanın qaytarılması üçün səyləri artırılmalıdır, o zaman anlamaq lazımdır ki, proses Ermənistanın maraqlarına uyğun olmalıdır. Nəyin bahasına olursa olsun, məsələnin həllini tələb edərkən, cəmiyyətin bunu necə qarşılayacağına da baxmaq lazımdır. Azərbaycan tərəfi dəyişdirməyi təklif edir. Biz buna getməliyikmi? Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarsaq, o zaman erməni ailələrinə necə cavab verəcəyik? Biz daha iki Ramil Səfərovu qaytaraqmı? Mən Kazaryan ailəsini anlayıram və hörmət edirəm, lakin yolları bağlamağı anlamıram. Yəni nəsə elə bir şey varmı ki, edə bilərdik, amma etmədik?”, - deyə Paşinyan bununla həm də Azərbaycanın masaya Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması şərtini qoyduğunu etiraf edib.

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev işğal altındakı torpaqlarda qalan doğmalarının məzarlarını ziyarət etmək istəyərkən, erməni hərbi birləşmələri tərəfindən girov götürülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ