Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
7186
az

"Ən acı göz yaşlarımı o vaxt axıtmışam" - Mehriban Əliyevadan səmimi MÜSAHİBƏ

11:2219 Noyabr, 2018
1197
SİYASƏT
  • A
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Rosiyya 24"telekanalına verdiyi müsahibənin kiçik bir hissəsini sizə təqdim edirik.

- Siz işdə və evdə eyni insansınız, yoxsa ?

- Bəli, mən prinsipcə həmişə eyni adamam. Mən dəyişməyə ehtiyac görmürəm. Siz indi sual verdiniz və mən nəsə fikrə getdim, elə vəziyyət olubmu ki, mənim bir növ dəyişməyimə ehtiyac olsun? Xeyr. Ümumiyyətlə, hər hansı rola girmək gərəksizdir. Taleyimə təşəkkür edirəm ki, lazım olmayıb. Mən gurultulu sözlər demək istəmirəm. Mən səmimi insanam, olduğum kimiyəm. Mən şəraitdən, vəziyyətdən asılı olaraq dəyişmirəm. Bəli, müəyyən reqlament, müəyyən öhdəliklər var. Əlbəttə, aydındır ki, mən onlara riayət etməliyəm. Mənim şəxsi prinsiplərim var. Həyat prinsiplərim evdə də, işdə də eynidir. Düşünmürəm ki, bundan sonra dəyişəcəyəm. Yəqin ki, artıq belə olacaq.

"Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla. İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam.

- Sizin ağladığınız hallar olurmu?

- Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Siz yenə də çox maraqlı sual verdiniz. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarımın üstündə bu insanı itirdim. Yəqin ki, ən acı göz yaşlarımı o vaxt axıtmışam. İndi xeyli yaşa dolduqdan sonra mən təhlil edib anlayıram ki, bu, çox ağır idi, amma mənim bundan aldığım dərs indi də mənə həyatda kömək edir. Bu itki, yəqin ki, məni çox bərkitdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli  Kərimliyə həbsxanada təcavüz edilib
Səudiyyə Ərəbistanı İranla barışır? - ABŞ-ın məyus etdiyi vəliəhd Pakistan və İraqa minnətçi düşüb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ