Qaynar xətt:

(+99450) 247 90 86

Prezident sərəncam imzaladı

2018-11/1542034402_ilham-eliyev-0-0.jpg

SİYASƏT

906

12.11.2018, 18:55

\"\" Prezident İlham Əliyev A.S.Məmmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın. *** İlham Əliyev Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdikləri töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Tərəqqi” medalı ilə Abdullayev Akif Hacı oğlu Feyzullayev Tural Hicrət oğlu İsayev İdris Balakişi oğlu Qasımlı Vüsal Əfras oğlu Məmmədov Sahib Əli oğlu Lətifov Ragim Əhəd oğlu Rüstəmli Elsevər Mövlud oğlu Vəliyev İlkin Etibar oğlu Vəliyev Sərvər Yaqub oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Qədirov Ayaz Tofiq oğlu Məmmədova Fərəh Fərahim qızı Sadıqov Rafiq Fazil oğlu Şahbazov Famil Fariz oğlu Şirinov Şamil Vidadi oğlu.