Ərdoğandan İlham Əliyevə qeyri-adi TƏBRİK
02 Noyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
497
15.03.2022, 18:17
On doqquz gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tanklar – 425 ədəd, ZTR-lər – 1 230 ədəd, artilleriya sistemləri – 161 ədəd, hava hücumundan müdafiə sistemləri – 52 ədəd, təyyarələr – 64 ədəd, helikopterlər – 82 ədəd, avtomobil texnikası – 1 100 ədəd, PUA-lar – 12, hərbi obyekt – 200 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 300 ədəd, zenit-raket kompleksləri – 200 ədəd; yüngül sürətli qayıqlar – 8 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tanklar – 863 ədəd, ZTR-lər – 877 ədəd, artilleriya sistemləri – 432 ədəd, hava hücumundan müdafiə sistemləri – 78 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 900 ədəd, xüsusi təyinatlı hərbi texnika – 1000 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt- 3 495 – ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 110 ədəd, zenit-raket kompleksləri -127 ədəd.
Dia.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsinin on doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsinin 19-cu günü Rusiya qoşunları bir neçə istiqamətdə irəliləməyə müvəffəq oldu:
“Rusiyanın əsas zərbə istiqmətlərinin Mariupol, Berdyansk, İzyum, Volnovaxi, Nikolayev istiqamətində olacağı müəyyənləşdi. Ruslar İzyum, Berdyansk yaşayış məntəqələrini ələ keçirdi. Melitopol ve Xerson Rusiya Silahlı Qqüvvələrinin (SQ) tam nəzarəti altına alındı. Ukraynanın Azov dənizindəki dəniz donanması bazasının ruslar tərəfindən ələ keçirilməsi cənub istiqamətindəki hücum qruplaşmasının güclənməsinə şərait yaratdı. Qorlovkada və Donetskdə Ukrayna müdafiə qruplaşması ruslar tərəfindən sıxışdırılmağa başlanıb. Görünən odur ki, müharibənin 19-cu günündə rus qoşunları Ukrayna ordusunun “müdafiə tilsimi”ni qırmağı bacardılar. Digər şəhərlərdə Ukrayna qoşunlarının müdafiə əməliyyatları olduğu kimi davam etdi. Ruslar Kiyevi, Axtırkanı, Mariupolu, Obolonu amansızcasına bombalamaqda davam etdi.
Qadağan olunmuş “Toçka U” raketi ilə Donetskə kasetli bomba atılması rusların əlinə fürsət vermiş oldu. Ukrayna tərəfi deyir, biz etməmişik. Ruslar isə deyir, Ukrayna edib. Kim edibsə, bu heç gözlənilməyən zərbə idi. Zərbə nəticəsində 20 nəfər mülki şəxsin ölməsi və 28 nəfərin yaralanması rus informasiya məkanında Ukraynaya qarşı güclü “kozır”a çevrildi. Səbəbkarın onların olub-olmasından asılı olmayaraq, indi Ukrayna ordusu və xalqı rusların bunun cavabını misli ilə verəcəklərinə hazır olmalıdır.
Görünən odur ki, qadağan olunmuş raketlərin istifadəsi də daxil əməliyyatlarda heç bir “qırmızı xətt” qalmadı.
Hələ də ləyaqətli müharibə aparmaq mədəniyyətinə inamımı itirməmiş olsam da, bu müharibədə bu haqda mövcud olan bütün təsəvvürlərimin alt-üst olduğunu gördüm.
Cəhənnəmə çevrilən bu məkanlarda artıq nə qadınlar, nə körpələr, nə qocalar, nə xəstələr, nə jurnalistlər, nə diplomatlar, nə xəstəxanalar, nə də dini ibadət yerləri ansızın uçub gələn qanadlı raket zərbələrindən sığortalanmayıb.
Müharibələrin başqa, zorakı vasitələrlə siyasətin davamı olmasını bilirdim. Amma 21-ci əsrdə, həm də Avropada, bu qədər qeyri-müharibə qanunlarının ifratına varılacağını əsla…
Amma bütün ölkələr bilir ki, Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı ləyaqətli savaş aparmaq nümunəsini hərb tarixi kitablarına qızıl hərflərlə yazmışdır. Beynəlxalq konvensiyalarla açıq təsbit olunmuş bu müharibə cinayətlərini özünə rəva bilən tərəfin hərbi əməliyyatların gedişatının düşündükləri kimi olmadığını göstərir. Nədənsə, bizim haqq müharibəmizdə olmayan muzdluları, az qala, ən yüksək siyasi arenada müzakirə mövzusu edən Avropa ölkələri indi hər iki tərəfdən 20 minə yaxın fərdi hərbi kompaniya şirkətlərinin muzdlularının əməliyyatlar teatrında “at oynatması”nı normal hal kimi qəbul edir. Bu da yeni beynəlxalq siyasi və hərbi reallığının yaranmasından xəbər verir. Bundan sonra, beynəlxalq konfliktlərdə kim-kimi bu səbəbdən dolayı qınaya biləcək, çox maraqlıdır….
19-cu gündə tərəflərin onlayn formatda keçirdiyi dördüncü görüş öncəki üç görüş necə bitmişdisə eləcə də bitti. Humanitar tədbirlərin keçirilməsinə dair ümidverici bəyanatlar olsa da, sahədə hələ bunun şahidi olmuruq.
19-cu gündə rusların az da olsa, operativ-taktiki səviyyədə lokal uğurlara nail olması, Krım yarımadasına aparan nəqliyyat yolunun keçdiyi ərazilərin Donbasla birləşdirilərək nəzarətə götürülməsi hücumda olan taktiki tabor qruplaşmalarında ruh yüksəkliyi yaradacaq. Operativ səviyyədəki qərargahlar bu uğurlardan ruhlanaraq məsafədən “raketlərlə zərbə” taktikasına bir az da şiddət qatacaq. Önümüzdəki günlərdə rusların Kiyev, Melitopol, Mariupol, Berdyansk, İzyum, Volnovaxi, Nikolayev istiqamətlərində “əldə olan mümkün bütün vasitələrlə yerlə yeksan et və ələ keçir” taktikasından artan templə istifadə edəcəyi qənaətindəyəm.
Bu “taktika”nın önümüzdəki günlərdə tərəflərə nə qazandıracağını görəcəyik…”.
16:10 / 02 Noyabr 2026
1
16:03 / 02 Noyabr 2026
26
16:01 / 02 Noyabr 2026
58
15:33 / 02 Noyabr 2026
61
15:29 / 02 Noyabr 2026
105
15:18 / 02 Noyabr 2026
173
15:14 / 02 Noyabr 2026
80
15:10 / 02 Noyabr 2026
135
15:01 / 02 Noyabr 2026
74
14:59 / 02 Noyabr 2026
91
14:22 / 02 Noyabr 2026
201
14:20 / 02 Noyabr 2026
216
14:09 / 02 Noyabr 2026
92
13:55 / 02 Noyabr 2026
89
13:44 / 02 Noyabr 2026
170
13:35 / 02 Noyabr 2026
93
13:25 / 02 Noyabr 2026
728
13:21 / 02 Noyabr 2026
185
13:19 / 02 Noyabr 2026
1160
13:18 / 02 Noyabr 2026
94
13:13 / 02 Noyabr 2026
136
12:59 / 02 Noyabr 2026
126
12:49 / 02 Noyabr 2026
1024
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.