Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
656
az

Azərbaycan Ermənistana səs verdi - SENSASİON OLAY

19:5615 Aprel, 2018
1776
SİYASƏT
  • A
  Bu gün Yerevanda 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı başlayıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan millisi bu yarışda iştirak etmir.

Lakin maraqlı bir nüans məlum olub. Qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyanın sözlərinə görə, bugünkü çempionatın harada keçiriləcəyi müəyyən olunarkən Azərbaycan öz səsini yarışın keçirilməsinə daha bir namizəd olan İsrailə deyil, Ermənistana verib.
“Biz bu imkanı çətinliklə qazanmışıq, - Navasardyan “Ermənistan xəbərləri” portalına deyib. – 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi, digərləri İsrailə səs verdilər. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

2018-ci ildə 23 yaşına qədər idmançılar arasında Avropa çempionatının keçiriləcəyi yerin müəyyənləşdiyi Avropa Qılıncoynatma Konfederasiyasının konqresi 2016-cı ilin may ayında Polşanın Torun şəhərində baş tutub. Məhz orada Azərbaycan Qılıncoynatma Federasiyasının təmsilçiləri, erməni məşqçiyə inansaq, İsrailə deyil, Ermənistana səs veriblər. Maraqlıdır, bəs Ermənistan nə vaxtsa Azərbaycanda yarışların keçirilməsinin lehinə səs veribmi? Axı Bakıda irimiqyaslı turnirlər Yerevana niosbətən qat-qat çox keçirilir.
Misal üçün, 2012-ci ilin dekabr ayında Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında Birinci Avropa Oyunlarının harada keçiriləcəyi müəyyən edilirdi. Əvvəlcə Ermənistan yarışların Azərbaycanda keçirilməsinə etiraz edirdi, lakin sonradan bunun mənasız olduğunu görüb səsvermədə iştirakdan imtina etdi. Lakin ermənilərsiz də 48 ölkədən 38-i səslərini Azərbaycana verdilər. Ermənilər isə sonradan Avropa Olimpiya Komitəsinin təzyiqi altında Bakıya – Avropa Oyunlarında iştirak üçün gəlməyə razılaşdılar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu