Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6367
az

Dünyanın gözü ORADA İDİ: Ərdoğan Qaşıqçı ilə bağlı ŞOK SİRLƏRİ AÇDI - VİDEO

14:2823 Oktyabr, 2018
956
SİYASƏT
  • A
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxış edib.

Oxu24.com  xəbər verir ki, prezidentin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı önəmli detalları açıqlayıb.

“Camal Qaşıqçı 28 sentyabrda saat 11:50-də nikah məsələləri üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedib. Bunun cinayəti törədən qrupa xəbər verildiyi anlaşılır. Konsulluq işçilərinin bəzilərinin ölkələrinə getməsi, hazırlıqların orada aparıldığını göstərir. Oktyabrın 1-də saat 15:30-da 3 nəfərlik qrup İstanbula səfər edir. Oktyabrın 2-də başqa bir qrup gəlir və otelə yerləşdirilir. 9 nəfərlik üçüncü qrup da başqa bir otelə hərəkət edir. Ümumilikdə 15 nəfər saat 09:50-dən 11:00-dək ayrı-ayrı gələrək görüşürlər. Əvvəlcə konsulluğun kamera sistemindəki hard-disk sökülür. Camal Qaşıqçıya 11:50-də zəng edilir və görüş üçün vaxt təyin olunur. Qaşıqçı 13:08-də konsulluğa daxil olur və həmin vaxtdan bu yana heç bir xəbər yoxdur. Saat 17:50-də nişanlısı hakimiyyət qurumlarına müraciət edərək Qaşıqçının zorla konsulluqda saxlanıldığı barədə müraciət edir. Tədqiqat və istintaq dərinləşdikcə çox maraqlı məlumatlar ortaya çıxır”, - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanından gələn qrup həmin axşam Türkiyəni tərk edir:

“Qaşıqçının paltarı, eynəyi və saqqalı ilə onun xarici görünüşündə olan biri gecə saatlarında Ər-Riyada hərəkət edir. Səudiyyə rəhbərliyi oktyabrın 4-də iddiaları rədd edir və hətta baş konsul oktyabrın 6-da “Röyters” agentliyinin müxbirini dəvət edərək özünü müdafiə etməyə çalışır. Bəzi şeylər soruşmaq, cavab axtarmaq lazımdır. Bu hadisə İstanbulda baş verib. O halda sorğulamaq, sual vermək hüququna malikik. Oktyabrın 18-də konsulluq binasında araşdırma apardıq. Oktyabrın 19-da Səudiyyə rəhbərliyi Qaşıqcının konsulluq binasında öldürüldüyünü qəbul etdi. Şərhə görə, jurnalist dava zamanı ölüb. Həmin gün Kralla başqa bir telefon danışığı apardıq. Mənə dedi ki, 18 nəfər həbs olunub. Türkiyə olaraq bu prosesi dövlət ciddiliyi və beynəlxalq hüquqa görə idarə etdik. Ölkəmizi qaralamaq üçün müxtəlif medialarda intensiv bir kampaniya aparıldı. Bu cəhdlər bizi faktları axtarmaqdan daşındıra bilməz. Bura Türkiyə Respublikasının sərhədləri içərisindədir. Vyana Konvensiyası bu qəddar cinayətin istintaqının diplomatik toxunulmazlığın arxasında gizlədilməsinə icazə vermir”.




Prezident qeyd edib ki, Camal Qaşıqçının dünyanın tanınmış bir jurnalisti olması beynəlxalq məsuliyyəti daha artırır:

“Türkiyə bu məsələni təqib edir. Məlumat və sübutlar göstərir ki, Camal Qaşıqçı qəddar bir cinayətin qurbanıdır. Bu cinayət insanlığın vicdanını yaralayacaq. Səudiyyə Ərəbistanından bütün günahkarların cəzalandırmasını gözləyirik. Cinayətin planlaşdırıldığına dair güclü işarətlər var. Cinayət günündə 15 nəfər İstanbulda nə üçün toplandı? Bu əmrləri kim verdi? Baş konsulluq araşdırılma aparılması üçün günlər sonra niyə açıldı? Cinayət etiraf edilməsinə baxmayaraq, niyə cəsədi hələ də ortada yoxdur? Cəsədin yerli vətəndaşa verilməsi xəbəri doğrudursa, o vətəndaş kimdir?”

Hadisə İstanbulda baş verdiyini söyləyən Türkiyə prezidenti Səudiyyə rəhbərliyinə cinayətlə bağlı istintaqın İstanbulda aparılmasını təklif edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp İlon Maskı “kainatın mərkəzinə” DƏVƏT ETDİ -"Sizin üçün darıxırıq"
İsrail Ərdoğanı və Suriyanın yeni hökumətini görün nədə ittiham etdi
Rusiya hələ də buna görə Ukraynaya PUL ÖDƏYİR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır