"Bu halda Rusiya məhv olacaq"
13 İyul 2025, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
1438
13.10.2021, 19:47
“Bilirsiniz, bu, bəhanədir. Baş verənlərin səbəbi bizim bəzi digər ölkələrlə olan münasibətimiz deyil, çünki xarici siyasətimiz çox açıqdır, şəffafdır, sabit və dediyim kimi, müstəqildir. Heç bir digər ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz və ya buna çalışmalı deyil. Qərarlar burada - Bakıda Azərbaycanın milli maraqları əsasında mənim tərəfimdən verilir. Əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bu, düzgün yol deyil və gətirib dalana çıxaracaq”.
Oxu24.com -un məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində İranla bağlı suala cavab verərkən deyib.
Dövlət başçısı qeyd edib ki, baş verənlərin səbəbi çox sadədir: “Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur.
Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi. Sonra biz ikinci addımı atmalı olduq. Biz diplomatik nota hazırladıq, səfiri dəvət etdik və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Amma, əslində, bu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik. Bir çox hallarda mən Azərbaycanın xarici siyasət prioritetləri haqqında danışanda, - əslində, bunların hamısı çap edilib, - demişəm ki, bizim prioritetimiz qonşu ölkələrlə münasibətlərdir. Səkkiz il ərzində işlədiyimiz əvvəlki İran hökuməti ilə biz münasibətlərimizi ən yüksək mümkün səviyyəyə qaldıra bildik. Mənim həmkarım cənab Həsən Ruhani ilə ondan artıq görüşüm olub. Bütün həmin görüşlər məhsuldar olub. Biz enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişləri imzalamışıq və icra etmişik. Münasibətlərimiz, əslində, dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir. İranın yeni hökuməti, yeni Prezidenti seçiləndə biz nə etdik? Biz onun inauqurasiyasına parlament sədrinin və Baş nazirin müavininin rəhbərliyi ilə böyük nümayəndə heyətini göndərdik. Onlar mənim dostluq mesajımı birbaşa İran Prezidentinə çatdırdılar. Eyni zamanda, digər çatdırılan mesaj və mən bunu xüsusi olaraq əvvəlcə bildirdim, belə idi: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik. Biz anladıq ki, bunu bəzi özəl şirkətlər edir. Lakin biz bunun dayandırılmasını xahiş etdik. Cavab olaraq nə baş verdiyini hər kəs görür.
Həmçinin oxuyun
Nəticədə nəyə nail olduq? Bir daha söyləyim ki, heç bir yaxşı şey baş vermədi. Buna görə, biz, ilk növbədə, İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları rədd edirik. Bu, tamamilə cəfəngiyyatdır. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir. Hər kəs gedib görə bilər ki, orada heç həyat yoxdur. Hər bir şey dağıdılıb. İkincisi isə biz digərlərinə etdiyimiz hörmətin özümüzə də olmasını tələb edirik”. – deyə dövlət başçısı bildirib.
23:20 / 13 İyul 2025
Bu kənddə 10 ildən çoxdur toy etmirlər - SƏBƏB
143
21:09 / 13 İyul 2025
"Bu halda Rusiya məhv olacaq"
136
19:58 / 13 İyul 2025
Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
188
19:19 / 13 İyul 2025
Rəy yazdı, itkin düşən qadın tapıldı - YENİLƏNİB - FOTO
224
18:59 / 13 İyul 2025
“Mercedes” yanıb kül oldu - Anbaan VİDEO
166
18:34 / 13 İyul 2025
Suriya və İsrail rəsmiləri Bakıda görüşüb - KİV
155
17:05 / 13 İyul 2025
32 saatlıq fasiləsiz beyin əməliyyatı edən həkim həmin xəstə ilə VİDEO paylaşdı
213
14:04 / 13 İyul 2025
Pezeşkian həmin hücumda yaralanıbmış
206
13:37 / 13 İyul 2025
Hava ilə bağlı AÇIQLAMA
166
13:36 / 13 İyul 2025
Bu gün 34 mindən çox abituriyent imtahan verib
159
12:05 / 13 İyul 2025
Sumqayıtda atışma olub: Ölən var
1096
12:00 / 13 İyul 2025
Qazaxda əkin sahəsində kişi meyiti tapılıb
178
11:59 / 13 İyul 2025
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
237
11:47 / 13 İyul 2025
Mədəsindən 27 alışqan çıxardılar - FOTO
180
11:43 / 13 İyul 2025
SON DƏQİQƏ! Rasimlə bağlı açıqlama
1736
11:34 / 13 İyul 2025
Termosa görə kor oldular - minlərlə məhsul geri çağırılır
240
10:39 / 13 İyul 2025
Türkiyədə yenə zəlzələ oldu
184
10:20 / 13 İyul 2025
Bu ərazilər 5 gün qazsız qalacaq
195
09:55 / 13 İyul 2025
Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOlar
197
09:45 / 13 İyul 2025
Beynin "zəif nöqtəsi" tapıldı
189
09:24 / 13 İyul 2025
Von der Leyendən Trampa xəbərdarlıq - Cavab veriləcək
176
09:24 / 13 İyul 2025
Bu kişilərin yalnız qız övladları dünyaya gəlir-INANANILMAZ
180
09:14 / 13 İyul 2025
Maşını qadına sürməyə verdi, o da dənizə saldı - VİDEO
180
00:30 / 13 İyul 2025
Partlayışda xəsarət alaraq ölən şəxs polkovnik-leytenantın atasıdır
538
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.