Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 14:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1627
11.10.2021, 12:56
“Əfsus ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik”.
Oxu24.com -un xəbərinə görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirərkən deyib.
“Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb”, - deyə XİN rəsmisi vurğulayıb.
O xatırladıb ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib.
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100.000 dən artıq Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.
Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.
Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.
Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”, - XİN rəsmisi vurğulayıb.
14:58 / 10 Noyabr 2026
363
14:55 / 10 Noyabr 2026
87
14:48 / 10 Noyabr 2026
95
14:23 / 10 Noyabr 2026
181
14:20 / 10 Noyabr 2026
507
14:09 / 10 Noyabr 2026
144
14:00 / 10 Noyabr 2026
666
13:44 / 10 Noyabr 2026
100
13:38 / 10 Noyabr 2026
329
13:26 / 10 Noyabr 2026
1329
13:24 / 10 Noyabr 2026
122
13:20 / 10 Noyabr 2026
305
13:05 / 10 Noyabr 2026
156
13:00 / 10 Noyabr 2026
124
12:37 / 10 Noyabr 2026
477
12:31 / 10 Noyabr 2026
122
12:21 / 10 Noyabr 2026
529
12:18 / 10 Noyabr 2026
148
12:04 / 10 Noyabr 2026
153
12:00 / 10 Noyabr 2026
331
11:45 / 10 Noyabr 2026
2668
11:42 / 10 Noyabr 2026
115
11:39 / 10 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.