Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
59497
az

SON DƏQİQƏ! Azərbaycan DSX həddini aşan İrana cavab verdi

11:2411 Oktyabr, 2021
11116
CƏMİYYƏT
  • A

"Son günlərdə İran İslam Respublikasının (İİR) kütləvi informasiya vasitə­lərində dərc edilən müsahibəsində bu ölkənin Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib. Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Azərbaycan Respub­likasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmamışdır, hazırda da yoxdur və bundan sonra da olmayacaq".

Bu barədə  Oxu24.com-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Azər­baycan Respublikası ərazisində xaricdən gəlmiş təqfirçilərin fəa­liy­yət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir:

"Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azər­baycan Res­pub­likasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası əra­zisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azər­baycan Respublikasının suveren hüququdur.

Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb.

Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sta­bildir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət etdi - FOTOLAR
Şənbə günü 25° isti olacaq
Bu tarixdə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO