Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1564
10.09.2021, 17:24
Prezident İlham Əliyev Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, sərəncamda deyilir:
"2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur.
Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm etmiş, dahi Nizaminin "Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaratmışdır. Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xəttin dolğun ifadəsidir. Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıtmışdır".
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
23:55 / 10 Noyabr 2026
25
23:53 / 10 Noyabr 2026
30
23:47 / 10 Noyabr 2026
1112
23:43 / 10 Noyabr 2026
60
23:39 / 10 Noyabr 2026
69
23:28 / 10 Noyabr 2026
263
23:27 / 10 Noyabr 2026
170
23:17 / 10 Noyabr 2026
520
23:15 / 10 Noyabr 2026
161
23:00 / 10 Noyabr 2026
87
22:58 / 10 Noyabr 2026
104
22:55 / 10 Noyabr 2026
104
22:35 / 10 Noyabr 2026
101
22:30 / 10 Noyabr 2026
272
22:27 / 10 Noyabr 2026
85
22:19 / 10 Noyabr 2026
103
22:04 / 10 Noyabr 2026
178
21:55 / 10 Noyabr 2026
572
21:51 / 10 Noyabr 2026
96
21:49 / 10 Noyabr 2026
225
21:46 / 10 Noyabr 2026
231
21:44 / 10 Noyabr 2026
106
21:40 / 10 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.