Sahil Babayev artım rəqəmlərini AÇIQLADI
11 Noyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1056
13.08.2021, 20:42
Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin ölkəyə girişinə 50 il müddətinə qadağa qoyub. Buna səbəb onun rusiyalı siyasətçi, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Jirinovski və ümumilikdə ruslar barədə tənqidi fikirləri olub.
Rusiya DİN-in sabiq səfirlə bağlı qərarı birmənalı qarşılanmayıb. Sosial şəbəkələrin Azərbaycan seqmentində mütəmadi olaraq ölkəmizin əleyhinə qərəzli çıxışlar edən Jirinovskiyə qarşı oxşar addımın atılması ilə bağlı təkliflər səsləndirilir.
Maraqlıdır, Jirinovskinin Azərbaycana girişinə qadağa qoyula bilərmi?
Keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli mövzu barədə Modern.az-a danışıb. O bildirib ki, nəinki azərbaycanlılar, hətta ruslar da Jirinovskini sevmirlər.
“Təbii ki, biz belə addım ata bilərik. Amma Jirinovskini qeyri-ciddi insan hesab edirik. Ümumiyyətlə, o xasiyyət parametrlərinə görə mənasız adamdır. Bu nöqteyi-nəzərdən onun söylədiklərini qulaq ardına vurmaq lazımdır. Heç rus xalqı da onu sevmir, nifrət edir. Onu dəli, anormal adam kimi qəbul edirlər.
Təbii ki, biz də onun ölkəyə girişini qadağan edə bilərik. Amma belə addım Jirinovskinin reytinqini qaldırar və Azərbaycana qarşı apardığı kampaniya genişlənər”, - deyə Q.Hüseynli vurğulayıb.
Xatırladaq ki, keçmiş səfir İsfəndiyar Vahabzadənin “Youtube” hesabında Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə cavab olaraq səsləndirdi fikirlər birmənalı qarşılanmayıb. Onun çıxışı ictimaiyyətdə müzakirələrə və tənqidlərə səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bununla bağlı açıqlama yayıb. Bildirilib ki, İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib.
“Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”, - deyə XİN-dən bildirilib.
11:49 / 11 Noyabr 2026
4
11:43 / 11 Noyabr 2026
87
11:34 / 11 Noyabr 2026
41
11:32 / 11 Noyabr 2026
98
11:28 / 11 Noyabr 2026
90
11:16 / 11 Noyabr 2026
252
11:13 / 11 Noyabr 2026
67
11:11 / 11 Noyabr 2026
95
11:06 / 11 Noyabr 2026
82
10:56 / 11 Noyabr 2026
295
10:51 / 11 Noyabr 2026
98
10:45 / 11 Noyabr 2026
101
10:33 / 11 Noyabr 2026
93
10:19 / 11 Noyabr 2026
95
10:13 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
94
10:10 / 11 Noyabr 2026
269
10:09 / 11 Noyabr 2026
154
09:56 / 11 Noyabr 2026
88
09:37 / 11 Noyabr 2026
917
09:35 / 11 Noyabr 2026
126
09:29 / 11 Noyabr 2026
99
09:25 / 11 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.