Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
13 Noyabr 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2064
27.03.2021, 20:20
Azərbaycanlı işadamı Mübariz Mənsimovun azadlığa çıxması ilə bağlı əsl fakt üzə çıxıb.
Oxu24.com-a Türkiyədə olan etibarlı mənbələrdən daxil olan özəl məlumata görə, Mübariz Mənsimovun azadlığa buraxılmasına səbəb Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə imiş.
Belə ki, Bütün Qafqazın Şeyxi H.A.Paşazadə işadamı Mübariz Mənsimovun azadlığa buraxılması üçün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana məktub yazıb. Etibarlı mənbənin verdiyi məlumata görə, Şeyxin Ərdoğana yazdığı məktubda onun azadlığa buraxılmasını xahiş etməsi əks olunub.
“Mübariz Mənsimovun atasının ağır xəstə olmasını,anasının ahıl yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, deyə Şeyxülislam Hacı Allahşükür Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.
Türkiyədə olan etibarlı mənbənin Oxu24.com saytına verdiyi daha bir məlumata görə, qeyd olunan məktubdan sonra Mübariz Mənsimov azadlığa buraxılıb. Mənbənin bildirdiyinə görə, Mübariz Mənsimovun azadlığa buraxılmasında Şeyxin Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında xüsusi nüfuza və hörmətə sahib olmasının mühüm rolu olub.
Qeyd edək ki, sözügedən məktubu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.
Yalnız şeyxin deyil, digər nüfuzlu dini rəhbərlərin - Melih Yevdayevin və Feketenin, Arxiyepiskop Aleksandrın məktubu imzalanmasının əsas səbəbi də şübhəsiz ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yüksək nüfuzu, şeyxə olan yüksək ehtiramdır.
Oxu24.com - un Türkiyədəki etibarlı mənbələrdən əldə etdiyi məktubu oxuculara təqdim edirik.

01:52 / 13 Noyabr 2026
263
01:49 / 13 Noyabr 2026
560
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
181
23:53 / 12 Noyabr 2026
1100
23:51 / 12 Noyabr 2026
137
23:40 / 12 Noyabr 2026
207
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
901
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
134
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
261
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
155
22:49 / 12 Noyabr 2026
184
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.