Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5012
az

Azərbaycan ABŞ-a nota verdi - SON DƏQİQƏ

11:0405 Sentyabr, 2018
7902
SİYASƏT
  • A
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dan Bilzeryan adlı vətəndaşının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri, bu səfər əsnasında odlu silahlardan istifadə etməsi və digər qanunazidd əməlləri ilə əlaqədar ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlanan notası təqdim olunub.

Bu barədə Oxu24.com-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Görüş əsnasında Dan Bilzeryan adlı birisinin Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında Qanunu və Miqrasiya məcəlləsini pozaraq, müvafiq sənədlər təqdim etmədən və ölkəmizin müvafiq qurumları tərəfindən müəyyən edilməyən sərhəd-keçid məntəqələrindən kənar Ermənistan ərazisindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyi, Xankəndi şəhəri və işğal olunmuş digər ərazilərdə olarkən qondarma rejimi təşviq etdiyi, qanunsuz yolla odlu silahlar əldə etdiyi və nümayişkarcasına və təxribatçı məqsədlərlə bu silahlardan Azərbaycan silahlı qüvvələrinin mövqeyinə atəş açdığı diqqətə çatdırılıb.

Həmçinin, ABŞ vətəndaşı olan bu şəxsin kameralar qarşısında tərbiyəsiz və nadan açıqlamalarının Azərbaycan xalqının ləyaqətinə və mənəvi dəyərlərinə toxunduğu diqqətə çatdırılıb və onun bu kimi əməllərinin Azərbaycan və ABŞ arasında olan dostluq əlaqələrinin ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Onun bu kimi qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin açıldığı və məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin görüldüyü vurğulanıb.

Azərbaycan tərəfdən ABŞ hökumətinin D.Bilzerian adlı birisinin qanunsuz əməlləri ilə əlaqədar ölkəmizin narahatlığını ciddi surətdə nəzərə alacağı, öz vətəndaşlarının Azərbaycanın Respublikasının mili qanunları, suverenliyi və ərazi bütövlüyünün, habelə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması hallarından çəkindirmək üçün zəruri tədbirlər görəcəyinin gözlənildiyi qeyd olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var"- Hikmət Hacıyev
Prezident və birinci xanım Heydər Əliyevin     məzarını   ziyarət    etdi
İlham Əliyev     Qanun   imzaladı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə- 9 il həbs!