Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada etirazlar yenidən başladı - Canlı

Moskvada etirazlar yenidən başladı - Canlı

SİYASƏT

4119

02.02.2021, 23:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyalı müxalifətçi bloger Aleksey Navalnı haqqında 3,5 illik həbs cəzası elan edildikdən sonra Moskvada etiraz yürüşü başlayıb.

İcazəsiz aksiyaya qoşulanlar əsasən gənclərdir. Polis Manejnaya Meydanında təhlükəsizliyi gücləndirib. Eyni zamanda, paytaxtın digər küçələrində də hüquq-mühafizə orqanlarının əməkdaşları ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb.

Artıq bir neçə nəfərin saxlanıldığı bildirilir.

Xatırladaq ki, bu gün Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının "İv Roşe" işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Navalnının həbsi ümumi rejimli cəzaçəkmə müəssisəsində davam edəcək. Onun "İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.