Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
4689
01.02.2021, 23:33
"Bu çox unikal bir çıxış idi, çünki konkret adlar çəkildi. Mən düşünürdüm ki, müharibədən sonra məmurlar rüşvətxorluq, ərazi zəbt etmə kimi əməllərindən əl çəkərlər. Amma mən bunu görmədim. Hər şey öz axarında gedir."
Oxu24.com xəbər verir ki, bunu açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, adı çəkilən və digər məmurlar ölkə başçısının bu çıxışından nəticə çıxarmalıdırlar:
"Cənab Prezident dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada ofis açmaqdan söhbət getmir, torpaq zəbt etməkdən söhbət gedir. Yəni, orada gedib 100 hektarlarla ərazi zəbt etsinlər və özlərinə otellər, müəyyən ticarət obyektləri tiksinlər. Bu da olacaq özbaşınalıq. Orada Arxitektura komitəsi işləyir. Necə olmalıdır evlər, yollar, küçələr və s. Mən ümumiyyətlə, təəccüb edirəm ki, Cənab Prezidentə zəng edib deyirlər ki, Qarabağda regional idarə yaradım. Sərhəd zonasında, Kəlbəcər Laçın və s. yerlərdə ciddi problemlərimiz var. Ondansa deyin ki, əsgərlər üçün kazarma tikim və onlar orada yaşasınlar. Bunu deyən yoxdur. Hamısı köhnə ampluasındadır. Elə bilirlər belə də davam etməlidir. Belə davam edə bilməz, çünki bunlar çox ciddi məsələlərdir. Əgər Cənab Prezident konkret adlar çəkirsə, deməli, həmin şəxslər də müəyyən dərs götürməlidirlər. Ölkə başçısı onları açıq tənqid etməyə məcbur oldu. Orada ictimai nəzarətsiz heç nə yaratmaq mümkün deyil. Ona görə də xüsusi nümayəndəliklər açılacaq, necə ki artıq Şuşada xüsusi nümayəndəlik yaradılıb. Ona görə də insanlar oraya köçməyənə qədər, yaşayış binaları, sosial obyektlər açılana qədər orada heç kimə nə torpaq vermək lazım deyil, nə də ki nəsə tikməyə icazə vermək lazım deyil. Onların əksər rayonlarda, o cümlədən Bakıda villaları var. Özü də ucuz villa deyil, bahalı villalardır. Birincisi soruşmaq lazımdır ki, sən o villanı hansı pulla tikmisən? Hamısı rüşvətxorluğun, korrupsiyanın nəticəsidir. Son hadisələr, həbsləri hamı başa düşməlidir və bilməlidir ki, dövlət başçısı lazım olduqda belə addımları atacaq. Bizdə məlumat 1 faizdirsə, onda 100 faizdir. Öz komandasından, hüquq-mühafizə orqanlarından, DTX-dən məlumatları alır”. (Unikal.org)
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.