Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1713
26.01.2021, 17:09
“Ermənilər Qarabağı elə demokrat(!) Yeltsin zamanında, onun dəstəyi ilə işğal etmədi?..”
“Hətta Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra mühacirətdə olan anti-bolşevik Rusiya siyasətçiləri də Azərbaycanın müstəqil dövlət olmasını istəmir, əleyhinə təbliğat aparırdılar...”
Rusiyada müxalif və demokratik(!) lider hesab olunan Navalnının həbsi ilə bağlı etiraz aksiyalarından sonra yaranmış durum ictimaiyyətdə belə suallar da yaradır: Kremldəki mümkün dəyişikliklərin Azərbaycana, konkret Qarabağ məsələsinə təsiri və s. necə ola bilər? Axı Rusiya hazırda hərbi mənada legitim olaraq Azərbaycan torpağındadır...

Moderator.az əməkdaşının bu və digər suallarını cavablandıran İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bu fikirləri ifadə edib:
“Bilirsiz, tarix şahiddir ki, Rusiya dövləti yarandığından bu günə qədər bu ölkədə heç bir zaman demokratiya olmayıb və rus xalqı demokratik dəyərlərlə idarə olunmayıb. Yalnız Sovetlər dağıldıqdan sonra - 1991-1999-cu illər arası Rusiyada demokratik ideyalar hakim olub. Putin iqtidara gəldikdən sonra isə Rusiyada demokratik dəyərlər ortadan qalxıb və bu ölkənin demokratik imici mənfiyə doğru dəyişib. Umumiyyətlə, sual meydana çıxır: rus xalqı demokratiya istəyirmi?.
Gələlim “Rusiyada demokratik dəyişliklər olsa, Kremlin, Azərbaycan, konkret olaraq Qarabağla bağlı siyasətində dəyişikliklər ola bilərmi?” məsələsinə... Tarix göstərir ki, Çar Rusiyasi zamanında belə, demokratik imicli rus siyasətçiləri və dövlət xadımləri belə, Azərbaycan xalqının müstəmləkə olması tərəfdarı olublar. Hətta Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra mühacirətdə olan anti-bolşevik Rusiya siyasətçiləri də Azərbaycanın müstəqil dövlət olmasını istəmir, əleyhinə təbliğat aparırdılar...
Birinci Qarabağ müharibəsi gedərkən Rusiyada guya demokratik dəyərlərə sahib olan hökümət olub. Amma bu demokratik höküməti idarə edənlər də Ermənistana hər cür dəstək veriblər. Ermənilər Qarabağı elə demokrat(!) Yeltsin zamanında, onun dəstəyi ilə işğal etməyib?.. Demokrat(!) Boris Yeltsin zamanında Rusiyanın liberal dəyərlərə sahib olan, Rusiyanın Avropaya inteqrasiya tərəfdarı olan Xarici İşlər naziri olmuş Andrey Kozırev bizim dövlət adamlarmızla görüşündə bunu açıqça deyirdi. “Liberal dəyərlərə sahib Rusiyada liberal iqtisadiyyat olsun” deyən Yeqor Qaydar nazir olanda Ermənistana onun göstərişi ilə silah yardımı olunub və erməniləri fəlakətdən xilas edib... Bütün bunları niyə deyirəm? Məsələ ondadır ki, Rusiyada hakimiyyətə kim gəlir-gəlsin, istər Azərbaycanın suverenlik məsələsi, istər Qarabağ məsələsi ilə bağlı hər zaman Rusiyanın dövlət maraqlarının yeridilməsi və ən önəmlisi imperializm siyasəti davam edəcək...”
Beynəlxalq məsələlər üzrə analitik Navalnı və ya onun kimilərin Moskvada hakimiyyətə gələcəyi halda belə Kremlin Azərbaycana münasibətinin mahiyyətcə dəyişməyəcəyini bildirib.
“Qaldi konkret Navalnı və ya onun kimisini hakimiyyətə gələcəyi varianta, bu halda da Rusiyanın Güney Qafqaz, Azərbaycan və ayrıca Qarabağla bağlı siyasətində mahiyyətcə hər hansı dəyişlik olmayacaq. Digər tərəfdən, Navalnı rus milliyyətçisidir, Navalnı ermənipərəstdir. Navalnının Rusiyada hər hansı qalib gəlmək ehtimalı da, demək olar ki, çox azdır...
Və təkrar edirəm: demokratiya umumi götürəndə hər bir dövlətin özünün seçimi olmalıdır və xalqlar özləri bunu istəməli, bunun uğrunda mübarizə aparmalıdır.
Qarabağ məsələsinin tam həlli, yəni torpaqlarımızın tam azadlığı isə yalnız Azərbaycan xalqının birliyindən keçir. Əsas daxili və xarici problemlərimizi həll etməli və güclənməliyik. Və üçrəngli bayrağımızın altında yumruq kimi birləşərək Azərbaycanımızı hər cür imperiya ambisiyalı dövlətlərin təhdid və hücumlarından qorumalıyıq”- deyə Teymur Qasımlı vurğulayıb.
08:09 / 14 Noyabr 2026
1
01:15 / 14 Noyabr 2026
102
00:40 / 14 Noyabr 2026
277
00:02 / 14 Noyabr 2026
920
23:58 / 13 Noyabr 2026
152
23:49 / 13 Noyabr 2026
150
23:40 / 13 Noyabr 2026
156
23:28 / 13 Noyabr 2026
155
23:22 / 13 Noyabr 2026
143
23:17 / 13 Noyabr 2026
381
23:09 / 13 Noyabr 2026
166
23:05 / 13 Noyabr 2026
144
23:02 / 13 Noyabr 2026
298
22:53 / 13 Noyabr 2026
152
22:49 / 13 Noyabr 2026
148
22:41 / 13 Noyabr 2026
146
22:36 / 13 Noyabr 2026
170
22:18 / 13 Noyabr 2026
152
22:13 / 13 Noyabr 2026
145
22:03 / 13 Noyabr 2026
1081
21:43 / 13 Noyabr 2026
1203
21:36 / 13 Noyabr 2026
148
21:29 / 13 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.