Limit qoyulacaq -SAHİL BABAYEV AÇIQLADI
13 Noyabr 2026, 23:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
82239
25.01.2021, 12:58
Yanvarın 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, Fərmana əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, yeddi üzvdən ibarətdir.
SOCAR-ın yenidən təşkili və ləğvi, Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə həvalə olunub.
Sözügedən fərmandan sonra bir çox KİV Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin vəzifədən getməsi ilə bağlı xəbərlər dərc edib.
SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Qazet.az-a açıqlamasında bildirib ki, Rövnəq Abdullayev vəzifəsini icra edir.
“Cənab Prezidentin sərəncamında SOCAR-ın prezidenti və digər rəhbər şəxsləri barədə heç nə yazılmayıb. Sadəcə əlavə orqan, Müşahidə Şurası yaradılıb”, – deyə İ.Əhmədov əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə Rövnəq Abdullayev, ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib.
09:23 / 14 Noyabr 2026
23
08:09 / 14 Noyabr 2026
936
01:15 / 14 Noyabr 2026
148
00:40 / 14 Noyabr 2026
299
00:02 / 14 Noyabr 2026
1088
23:58 / 13 Noyabr 2026
158
23:49 / 13 Noyabr 2026
156
23:40 / 13 Noyabr 2026
162
23:28 / 13 Noyabr 2026
158
23:22 / 13 Noyabr 2026
148
23:17 / 13 Noyabr 2026
409
23:09 / 13 Noyabr 2026
177
23:05 / 13 Noyabr 2026
147
23:02 / 13 Noyabr 2026
320
22:53 / 13 Noyabr 2026
158
22:49 / 13 Noyabr 2026
152
22:41 / 13 Noyabr 2026
150
22:36 / 13 Noyabr 2026
173
22:18 / 13 Noyabr 2026
156
22:13 / 13 Noyabr 2026
151
22:03 / 13 Noyabr 2026
1169
21:43 / 13 Noyabr 2026
1241
21:36 / 13 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.