Avropanın təhlükəsizliyinin gələcəyi və ABŞ amili
14 Noyabr 2026, 11:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2833
16.01.2021, 20:20
Yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Prezidentin Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb. Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.
Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb.
Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.
13:50 / 14 Noyabr 2026
1
13:48 / 14 Noyabr 2026
15
13:16 / 14 Noyabr 2026
16
13:03 / 14 Noyabr 2026
58
12:49 / 14 Noyabr 2026
82
12:25 / 14 Noyabr 2026
91
12:09 / 14 Noyabr 2026
108
11:58 / 14 Noyabr 2026
108
11:50 / 14 Noyabr 2026
90
11:39 / 14 Noyabr 2026
92
11:32 / 14 Noyabr 2026
103
11:19 / 14 Noyabr 2026
109
11:09 / 14 Noyabr 2026
107
11:00 / 14 Noyabr 2026
123
10:58 / 14 Noyabr 2026
114
10:46 / 14 Noyabr 2026
121
10:36 / 14 Noyabr 2026
113
10:17 / 14 Noyabr 2026
103
09:59 / 14 Noyabr 2026
123
09:46 / 14 Noyabr 2026
130
09:30 / 14 Noyabr 2026
119
09:29 / 14 Noyabr 2026
146
09:23 / 14 Noyabr 2026
302
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.