Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ XƏBƏR! Azərbaycan Ermənistana xəbərdarlıq edib: Baha başa gələ bilər...

TƏCİLİ XƏBƏR! Azərbaycan Ermənistana xəbərdarlıq edib: Baha başa gələ bilər...

SİYASƏT

17226

14.01.2021, 22:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir".

Oxu24.com  xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

"Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu Ermənistan tərəfinə baha başa gələ bilər.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik", - deyə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.