Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4517
az

Türkiyəyə müharibə elanının SƏBƏBLƏRİ ORTAYA ÇIXDI - Amerikalı generallardan GÜNDƏM YARADACAQ HESABAT

10:0015 Avqust, 2018
1938
SİYASƏT
  • A
“CNN International” telekanalı ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi ilə bağlı maraqlı bir analiz verib.

Publika.az xəbər verir ki, analizə görə, Türkiyənin itirilməsi Qərbə baha başa gələcək.

“Türkiyədəki qeyri-sabitlik sərhədlərin kənarında nəticələr doğura bilər. Ölkəni idarə edən kim olursa-olsun, Türkiyənin ağırlıq mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaqdır”, - analizdə qeyd edilir.

Bildirilir ki, Türkiyə böhranın dərinləşməsi ilə bir sıra radikal addımlar ata bilər. Məsələn, Türkiyənin fövqəladə vəziyyətdə NATO-dan çəkiləcəyi və Avropa İttifaqı ilə gömrük razılaşmasına son qoya biləcəyi proqnozlaşdırılır.

Türkiyənin NATO-nu tərk edə biləcəyi ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda da göstərilib. Hesabatda prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini möhkəmləndirməyə davam edəcəyi, Türkiyənin getdikcə dünyəvilikdən uzaqlaşaraq Rusiya ilə müttəfiq olacağı bildirilir. Qeyd edilir ki, Türkiyənin NATO-ya üzvlüyü artıq zəmanət altında deyil.

Generallar həmçinin ilin sonuna kimi Türkiyənin alyansı tərk edəcəyini proqnozlaşdırırlar. Türkiyənin NATO-dan mümkün ayrılmasının səbəblərindən biri kimi Rusiya ilə səmimi münasibətlər göstərilir. Qeyd edilir ki, Türkiyənin Rusiyadan almağı planlaşdırdığı "S-400" hava hücumundan müdafiə sisteminin NATO sistemi ilə uyğun olmaması narahatlıqların başında gəlir.

"Türkiyənin daha müstəqil hala gəlməsi, Rusiya və İranla daha da yaxınlaşmasının nələri təhlükəyə atacağını anlamaq çox əhəmiyyətlidir", - generallar bildirirlər.

Hesabatda həmçinin NATO üzvü olan Türkiyənin Suriyada Rusiya və İranla əməkdaşlığından narahatlıq ifadə edilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp İlon Maskı “kainatın mərkəzinə” DƏVƏT ETDİ -"Sizin üçün darıxırıq"
İsrail Ərdoğanı və Suriyanın yeni hökumətini görün nədə ittiham etdi
Rusiya hələ də buna görə Ukraynaya PUL ÖDƏYİR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır