Qaynar xətt:

(+99450) 247 90 86

Əhəd Abıyev dağlar qoynunda qəbul keçirdi

2018-08/1534143671_ehed-a12.jpg

SİYASƏT

1229

13.08.2018, 11:01

\"\" Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Oxu24.com-a daxil olan məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında müntəzəm olaraq kənd sakinləri ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində mühüm işlərin görüldüyünü bildirmişdir. Qeyd etmişdir ki, ötən dövrlərdə Çanaqçı kəndinə gələn yolda təmir işləri aparılmış, mövcud olan bəzi problemlər aradan qaldırılmışdır.   Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər Zivlan-Çanaqçı kəndlərarası yolun təmiri, işlə təmin olunma, elektrik dirəklərinin təmiri,  və digər şəxsi məsələlər ilə bağlı olub. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə  qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib, bir neçəsi isə yerində həll edilib. Kənd sakinləri  onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.