Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev Azərbaycan xalqı adından Putinə başsağlığı verdi

İlham Əliyev Azərbaycan xalqı adından Putinə başsağlığı verdi

SİYASƏT

1951

04.08.2018, 12:38

\"\" Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Oxu24.com xəbər verir ki, məktubda deyilir: Hörmətli Vladimir Vladimiroviç.
\"Mi-8\" helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndi. Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.