Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
30 Sentyabr 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1161
29.03.2026, 01:59
Bəllidir ki, Avropanı Asiyaya və Hind okeanına bağlayan Bab əl-Məndəb boğazı dünya ticarətinin əsas keçiş nöqtələrindəndir. Onun bağlanması eynilə 15-ci əsrdə olduğu kimi, yenidən dünyanı alternativ yollar axtarışına vadar edəcək. Bu isə istər-istəməz Rusiyanın böyük həvəslə təqdim etdiyi Şimal dəniz marşrutu (Arktika ticarət yolu) layihəsini ön plana çıxaracaq.
Oxu24.com Axar.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz Yəmənin Ənsarullah hərəkatının İran müharibəsinə qoşulması haqda bəyanatı ilə bağlı qeyd edib.
O bildirib ki, hətta bir müddətdən sonra İran və husilər Bab əl-Məndəb yolunu açsalar belə, Qərb ölkələri potensial şantaj və təhlükə ilə üz-üzə qalmamaq üçün alternativ marşrutlar üzərində düşünməlidirlər:
“Bu isə Bab əl-Məndəb keçidini ticari baxımdan əlverişsiz hala gətirəcək və sonunda indiki marşrutların üzünə baxan belə olmayacaq.
Qeyd edim ki, 15-ci əsrdə Osmanlı imperiyası İstanbulu alandan sonra da bənzər vəziyyət yaranmışdı. Həm İpək Yolundan yüksək gömrük vergilərinin alınması, həm də yolların təhlükəliliyi Qərb ölkələrini yeni marşrut axtarışına məcbur etmiş və nəticədə əvvəl Ümid burnu, sonra isə Süveyş kanalı üzərindən yeni marşrutlar kəşf olunmuşdu. Beləcə, klassik İpək Yolu marşrutu öz əhəmiyyətini itirmiş və Şərq dünyası, başda Osmanlı və indiki İran ərazisində yerləşən türk imperatorluqları olmaqla, çöküş mərhələsinə qədəm qoyaraq, hegemonluqlarını əldən verib Qərbdən asılı vəziyyətə düşmüşdü.
Nə yazıq ki, hələ də tarixdən ibrət dərsi almayanlar indi də Süveyş kanalı üzərində təhlükəli oyun qurublar. Halbuki bu oyunun nəticəsi oyunbazların öz başında çatlayacaq.
Ənənəvi Süveyş kanalı marşrutunu əvəz edəcək yollardan biri, dediyimiz kimi, Şimal dəniz marşrutudur. Digər bir alternativ isə IMEC deyilən projedir. Hindistandan başlayıb BƏƏ, Səudiyyə Ərənistanı, İordaniya, İsrail, Yunanıstan üzərindən Avropaya çıxan bu marşrut həm Bab əl-Məndəb, həm Hörmüz boğazı, həm də Süveyş kanalından yan keçir. Nəticədə Misirdən tutmuş Türkiyəyə, Yəməndən İrana qədər bir çox ölkə beynəlxalq ticarət yollarından məhrum olurlar.
Anlamaq mümkün deyil, doğrudanmı sizə bu lazımdır? Doğrudanmı atdığınız addımların düşmən dəyirmanına su tökməkdən başqa bir işə yaramadığını anlamırsınız? Yoxsa məqsədiniz elə düşmən dəyirmanına su daşımaqdır?”
23:02 / 30 Sentyabr 2026
1
22:17 / 30 Sentyabr 2026
241
22:16 / 30 Sentyabr 2026
60
21:40 / 30 Sentyabr 2026
80
21:12 / 30 Sentyabr 2026
492
21:10 / 30 Sentyabr 2026
61
20:44 / 30 Sentyabr 2026
62
20:38 / 30 Sentyabr 2026
162
20:33 / 30 Sentyabr 2026
64
20:10 / 30 Sentyabr 2026
104
20:10 / 30 Sentyabr 2026
81
19:50 / 30 Sentyabr 2026
76
19:35 / 30 Sentyabr 2026
345
19:26 / 30 Sentyabr 2026
194
19:26 / 30 Sentyabr 2026
82
19:23 / 30 Sentyabr 2026
69
19:21 / 30 Sentyabr 2026
80
19:15 / 30 Sentyabr 2026
73
19:12 / 30 Sentyabr 2026
88
19:01 / 30 Sentyabr 2026
90
18:53 / 30 Sentyabr 2026
124
18:45 / 30 Sentyabr 2026
105
18:29 / 30 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.