Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı
12 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
823
28.03.2026, 18:43
Hazırda mediada və ekspert dairələrində Azərbaycanın ali təhsil sistemində mümkün dəyişikliklər müzakirə olunur. Xüsusilə, bəzi universitetlərin paytaxtdan regionlara köçürülməsi gündəmdədir.
Oxu24.com xəbər verir ki, təhsil ekspertlərinin fikrincə, bu addım həm Bakının yüklənməsinin azaldılması, həm də regionların inkişafının sürətləndirilməsi baxımından mühüm addımdır. Bildirilir ki, hazırda tələbələrin böyük əksəriyyəti Bakıda cəmləşib və bu da yaşayış, nəqliyyat və sosial infrastruktur baxımından müəyyən çətinliklər yaradır.
Müzakirələr zamanı aşağıdakı ali təhsil müəssisələrinin regionlara köçürülə biləcəyi ehtimal edilir:
* Azərbaycan Dillər Universiteti
* Azərbaycan Milli Konservatoriyası
* Azərbaycan İdman Akademiyası
* Azərbaycan Dövlət Pedaqoji Universiteti
* Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
* Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
* Azərbaycan Turizm və Menecment Universiteti
* Azərbaycan İlahiyyat İnstitutu
* Bakı Xoreoqrafiya Akademiyası
* Bakı Musiqi Akademiyası
* Bakı Slavyan Universiteti
Ekspertlər hesab edir ki, xüsusilə sosial-humanitar və incəsənət yönümlü ali məktəblərin regionlara köçürülməsi daha məqsədəuyğundur. Bu cür universitetlər üçün iri sənaye infrastrukturu və geniş laboratoriyalar tələb olunmadığından onların müxtəlif bölgələrdə yerləşdirilməsi daha real görünür.
Eyni zamanda qeyd olunur ki, turizm, pedaqoji və mədəniyyət sahələri üzrə ixtisaslaşan universitetlərin müvafiq potensiala malik regionlara köçürülməsi həm təhsil keyfiyyətinə, həm də yerli iqtisadiyyata müsbət təsir göstərə bilər.
Nərmin Balacayeva
21:55 / 12 Noyabr 2026
24
21:39 / 12 Noyabr 2026
44
21:26 / 12 Noyabr 2026
477
21:19 / 12 Noyabr 2026
63
21:04 / 12 Noyabr 2026
66
20:55 / 12 Noyabr 2026
125
20:42 / 12 Noyabr 2026
109
20:26 / 12 Noyabr 2026
113
20:14 / 12 Noyabr 2026
98
20:08 / 12 Noyabr 2026
108
20:05 / 12 Noyabr 2026
106
19:59 / 12 Noyabr 2026
99
19:49 / 12 Noyabr 2026
107
19:36 / 12 Noyabr 2026
117
19:31 / 12 Noyabr 2026
112
19:19 / 12 Noyabr 2026
121
19:15 / 12 Noyabr 2026
148
19:09 / 12 Noyabr 2026
109
19:03 / 12 Noyabr 2026
115
18:58 / 12 Noyabr 2026
117
18:50 / 12 Noyabr 2026
121
18:42 / 12 Noyabr 2026
1540
18:40 / 12 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.