Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanın KTMT-yə bütün müraciətləri və çağırışları tutarsızdır - Rusiyalı politoloq

Ermənistanın KTMT-yə bütün müraciətləri və çağırışları tutarsızdır - Rusiyalı politoloq

SİYASƏT

964

16.10.2020, 19:49

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bütün müraciətləri və çağırışları tutarsızdır və heç bir hüquqi əsası yoxdur.

Oxu24.com bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Yuri Mavaşev deyib.

Onun sözlərinə görə, Qarabağın və ətraf rayonların əraziləri KTMT-nin fəaliyyət sahəsinə düşmədiyi üçün bu vəziyyətə fərqli kateqoriyada baxmaq lazımdır:

"Hesab edirəm ki, KTMT-dən hansısa kömək gözləmək ehtimalı azdır, çünki əks təqdirdə bu təşkilat qrumdan qəsr kimi dağılacaq. Bununla əlaqədar hesab edirəm ki, Rusiya Ermənistanın Azərbaycanla təkbətək qaldığını açıq-aşkar bildirib. Paşinyanın cəhd etdiyi bütün digər addımlar isə ona heç bir nəticə gətirməyəcək".