TƏCİLİ: "Bu şəxs Paşinyanı devirəcək və hakimiyyətə gələcək"
23 May 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
801
16.10.2020, 17:12
Azərbaycan Ordusunun işğalda olan torpaqların azad edilməsi əməliyyatına başladığı ilk gündən Rusiya Federasiyası proseslərin mərkəzindədir.
Müharibənin birinci ongünlüyündə Moskvanın səssizliyi və Nikol Paşinyanın prezident Vladmir Putinə yalvarışları, sonrakı həftədə atəşin dayandırılması üçün aktiv diplomatik səyləri əsas müzakirə obyekti oldu. Oktyabrın 9-da Azərbaycan və Ermənistan Xarici Işlər nazirləri Moskvaya dəvət olundu və Rusiya Xarici Işlər naziri Sergey Lavrovun iştirakı ilə 4 bəndlik atəşkəs razılaşması imzalandı.

Burda Gürcüstanda, Ukraynada olduğu kimi “öz vətəndaşlarını, rus milli azlığını qorumaq” kimi formal səbəblər də mövcud deyil. Ermənistanla Rusiyanın KTMT çərçivəsində hərbi müttəfiqliyi var, amma Putinin də etiraf etdiyi kimi müharibə Azərbaycan ərazilərində gedir. Ermənistana hərbi zərbələr endirilməyib və bununla bağlı heç bir bəyanat da ortalıqda yoxdur.
Beləliklə, Rusiyanın Ermənistana açıq hərbi dəstək verməsini şərtləndirən heç bir səbəb yoxdur.
Buna rəğmən son günlər ortaya çıxan faktlar Kremlin tərəfsizliyinə və vasitəçiliyinə kölgə salıb. Məlum olur ki, Rusiya müttəfiqinin məğlubiyyətini istəmir, dağıdılmış erməni ordusunun təchizatı üçün iri partiyalarla Ermənistana silah daşıyır.
Bununla beynəlxalq hüququ pozur və özünün vasitəçi mandatına kölgə salır.
Belə davam edərsə, yəni Rusiya Ermənistana hərbi dəstəyini daha da artırarsa, Azərbaycan da müttəfiqləri ilə əlaqələri daha da sıxlaşdıra bilər.
Əvvəla, Türkiyə ilə Azərbaycan arasında çoxdan müzakirə olunan birgə müdafiə sazişi imzalana bilər.
İkincisi, Azərbaycan ərazisində Türkiyənin hərbi bazalarının qurulmasına başlanar.
Üçüncüsü, Ankara Azərbaycan Ordusuna verdiyi dəstəyin həcmini bir neçə dəfə artırar və sair.

Nəzərə alsaq ki, Türkiyə ordusu dünyanın ən güclü orduları sırasında birincı beşlikdə dayanır, imkanlarına görə NATO-da ikincidir, onun Azərbaycanda mövcudluğu istənilən təzyiqləri mənasız edir.
Təbii ki, Moskva bu reallığı ciddi şəkildə nəzərə alıb. Buna görə də, Rusiyanın öz addımlarını daha korrektə atacağı, Azərbaycanı itirməməyə çalışacağı ehtimal olunur.
Moskva sabit və güclü tərəfdaş olan Azərbaycanı, yoxsa problemli Ermənistanı seçəcək?
Çünki Ukrayna və Gürcüstandan sonra Azərbaycan kimi vacib qonşunu birdəfəlik itirməsi Rusiyaya böyük zərbə olar.
Əvvəla, Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiya ilə tərəfdaşlıq münasibətlərinə həmişə sadiq olub. Siyasi, iqtisadi, hərbi əməkdaşlıq yüksələn xətt üzrə davam edib, humanitar, mədəni əlaqələr də başqa postsovet ölkələri ilə müqayisədə dinamik xarakter daşıyıb. Neft gəlirlərinin bir hissəsi Rusiyanın banklarında saxlanılır, ticarət dövriyyəsinin həcminə görə birinci üçlükdədir.
Bu ölkədə çoxsaylı azərbaycanlılar həm də Rusiya iqtisadiyyatına böyük töhfələr verirlər. Moskva bu faktordan Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışsa da, onun əks təsirlərini də nəzərə almalıdır.

İki ölkə arasında bu əməkdaşlığı Ermənistan-Rusiya əlaqələri ilə müqayisə etmək mümkün deyil. Yerevan faktiki olaraq Moskva üçün ağır yükə çevrilib, uzun illərdir erməni iqtisadiyyatı Rusiyanın güzəştləri hesabına ayaqdadır, milyardlarla dollarlıq hərbi texnika - silah-sursat havayı verilib. Ermənistan ancaq Rusiyanın regiondakı geopolitik maraqlarının həyata keçirilməsində zəif alətdən başqa heç bir cəlbediciliyi ilə seçilmir. Bunun əvəzində isə erməni cəmiyyətindən xəyanət görüb. Qərb dairələri ilə sıx əlaqədə olan Paşinyanın hakimiyyətə gəlməsindən sonra bu ölkədə rus maraqlarının ayaqlar altına atılması faktdır.
Onu da qeyd edək ki, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiyanın regiondakı maraqlarını yaxşı balanslaşdırır. Hətta bəzən digər postsovet ölkələri kimi əlindəki təzyiq alətlərindən ona qarşı istifadə etmir. Məsələn, Qarabağ münaqişəsinin Rusiya tərəfindən yaradılması, Azərbaycan torpaqlarının işğalında bilavasitə rol oynaması açıq şəkildə deyilmir.
Gürcüstan, Ukrayna isə Rusiyanı işğal faktına görə divara dirəyib, onun ağır sanksiyalara məruz qoyulması üçün bütün vasitələrdən istifadə edib.
Azərbaycan beynəlxalq aləmin qarşısında yalnız Ermənistanın təcavüzkarlığını qaldırır. Bu onu xeyli dərəcədə beynəlxalq dəstəkdən məhrum etsə də, Moskva ilə konfliktə getməməyə üstünlük verir, onun regiondakı maraqlarını nəzərə alır.
Ancaq Rusiya açıq şəkildə birtərəfli mövqe tutduğunu nümayiş etdirərsə, təbii ki, Bakı da bu siyasətini dəyişə bilər. Hansı ki, Prezident İlham Əliyev son müsahibələrindən birində bunun mesajını verdi.
Sitat: “Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”.

Yekun olaraq qeyd edək ki, Azərbaycan işğalda olan bütün ərazilərini azad etmək üçün ortaya qətiyyətli mövqe qoyub. Türkiyə bu yolda Azərbaycana bütün mümkün dəstəyi verəcəyini bəyan edib. 30 ildir davam edən işğala son qoyulması üçün başqa variantlar qalmayıb.
1994-cü ildən davam edən atəşkəs dövründə isə Rusiya münaqişəni həll etmək istəməyib, ondan ancaq tərəflərə təzyiq etmək, regionda hərbi-siyasi varlığını davam etdirmək üçün istifadə edib.
Azərbaycan işğalla barışmır, Moskvanın onun dayandırmaq cəhdlərinə isə Türkiyə ilə birlikdə müqavimət göstərir.
Nəticələr ortadadır: işğalda olan ərazilərin bir hissəsi artıq azad edilib, erməni ordusu sarsıdıcı məğlubiyyətlə üzləşib. Bu prosesi dayandırmaq artıq mümkün deyil...
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.