Nazirlər Kabinetinin qərarında yeni dəyişiklik edilib. Dəyişiklik 190 manatla bağlıdır.
Şəki və Yevlax rayonları üzrə də 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilir.
Bunu Oxu24.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
O deyib ki, ümumilikdə Şəki və Yevlax rayonları üzrə də 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmə verilməkdədir.
Qeyd edək ki, Nazirlər Kabineti dünən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərar verib.
Qərarda dəyişikliklə bağlı olaraq, Yevlax və Şəki şəhərləri üzrə, yaxud ümumən Yevlax və Şəki rayonları üzrə bu ödəmənin şamil olunub-olunmayacağı sualı ortaya çıxmışdı.
Oxu24.com
ŞƏRHLƏR