44 yaşlı qadın borca görə öldürülüb, qohumu tutulub
27 Oktyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1000
28.04.2020, 15:45
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən "Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.
Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Orxan Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.