Milli Məclis bu məsələlərə BAXACAQ -SİYAHI
27 Oktyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
789
07.04.2020, 21:32
Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edib.
Oxu24.com bildirir ki, bu barədə Qərarı Baş nazir Əli Əsədov imzalayıb.
"Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.5-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın II hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi 2 karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin.
2. "Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Bu Qərar 2020-ci il 1 aprel tarixindən tətbiq olunur.
18:05 / 27 Oktyabr 2026
25
18:05 / 27 Oktyabr 2026
30
18:02 / 27 Oktyabr 2026
29
18:00 / 27 Oktyabr 2026
45
17:50 / 27 Oktyabr 2026
51
17:33 / 27 Oktyabr 2026
627
17:29 / 27 Oktyabr 2026
72
17:27 / 27 Oktyabr 2026
107
17:19 / 27 Oktyabr 2026
89
17:16 / 27 Oktyabr 2026
76
17:13 / 27 Oktyabr 2026
80
17:02 / 27 Oktyabr 2026
125
16:56 / 27 Oktyabr 2026
78
16:51 / 27 Oktyabr 2026
87
16:49 / 27 Oktyabr 2026
143
16:39 / 27 Oktyabr 2026
180
16:25 / 27 Oktyabr 2026
454
16:12 / 27 Oktyabr 2026
154
16:09 / 27 Oktyabr 2026
110
16:06 / 27 Oktyabr 2026
120
16:04 / 27 Oktyabr 2026
71
15:57 / 27 Oktyabr 2026
460
15:43 / 27 Oktyabr 2026
717
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.