Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2763
az

Köçəryandan Paşinyana xəbərdarlıq: “Bu mövqe danışıqlardan faktiki imtinadır...”

13:4910 İyun, 2018
2053
SİYASƏT
  • A
 Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə növbəti dəfə Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldırıb. Hökumətin proqramının parlamentdə müzakirəsi zamanı Paşinyan deyib ki, əslində onun Dağlıq Qarabağın adından danışıqlar aparmağa mandatı və səlahiyyəti yoxdur. Çünki qarabağlı deyil. Robert Köçəryan və Serj Sərkisyan isə qarabağlı olduqları üçün Dağlıq Qarabağın adından danışıqlar aparmaq mandatına malik idilər.

"Onlar düz ediblər ya yox, bu başqa məsələdir, lakin bunun üçün onların öz səbəbləri olub", - Paşinyan Köçəryanın və Sərkisyanın Dağlıq Qarabağın adından danışıqlar aparmasını belə dəyərləndirib.

OXU24.COM virtualaz.org-a istinadən xəbər verir ki, Nikol Paşinyanın bu bəyanatı növbəti dəfə Ermənistanda danışıqlar prosesi və Dağlıq Qarabağın orada iştirakı mövzusu ətrafında polemikalara səbəb olub.

Politoloq Manvel Sərkisyan deyir ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakının dayandırılmasına görə keçmiş prezidentləri günahlandırması onların şəxsi hesablaşmalarıdır və məsuliyyətdən yayınmaq cəhdidir.

"Burada heç bir müsbət yanaşma yoxdur. Bu, mövcud situasiya ətrafında diskussiya deyil, məsuliyyətdən yayınmaq istəyən adamların hesablaşması, çəkişməsidir"-politoloq "Sputnik Armenia" agentliyinə deyib.

Robert Köçəryanın ofisi də dərhal Paşinyana cavab verib. Keçmiş prezidentin ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, Dağlıq Qarabağ danışıqlarda iştirakını 1998-ci ildə deyil, Köçəryanın prezidentliyindən əvvəl-1996-cı ildə, yəni Levon Ter-Petrosyanın dövründə dayandırıb.

"Məhz onda Ermənistan hakimiyyəti hansısa səbəbə görə buna razılaşıb və müvafiq sənədlər açıq istifadədə qalmaqdadır", - Soqomonyan deyib. Köçəryanın ofisinin rəhbəri qeyd edib ki, əslində Dağlıq Qarabağ bilavasitə olmasa da danışıqlar prosesində iştirak edir, hər dəfə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi regiona səfər edəndə Dağlıq Qarabağ nümayəndələri ilə də görüşürlər. Və bütün danışıqlar prosesi ərzində Ermənistan tərəfi həmişə bəyan edib ki, yekun razılaşma Dağlıq Qarabağın razılığı və iştirakı olmadan mümkün deyil.

Köçəryanın nümayəndəsi Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakını bərpa etmək səylərini alqışlayır, amma onu da qeyd edir ki, bu yanaşma faktiki olaraq danışıqlardan imtinadır. "Başqa məsələdir ki, Ermənistanın yeni hakimiyyətinin danışıqlardan faktiki imtinası hansı nəticələrə gətirib çıxaracaq"-Viktor Soqomonyan bildirib.

Köçəryanın sözçüsü əlavə edib ki, Qarabağın danışıqlara cəlb edilməsi bu gün həlli mümkün olmayan məsələdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Kabinetlərdə diş çəkilməsi və implant qadağan olunub?- Rəsmi açıqlama
Baş Prokurorluq ermənilərin məhkəməsi barədə    məlumat     yaydı