Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2675
az

Nəcməddin Sadıqov 24 il əvvəl – Uğurlu Horadiz əməliyyatı

20:5107 İyun, 2018
3718
SİYASƏT
  • A
Sosial şəbəkədə Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun 24 il əvvəl cəbhədə çəkilmiş fotosu paylaşılıb.

Oxu24.com  xəbər verir ki, fotoda N.Sadıqovla yanaşı III ordu korpusunun sabiq komandiri, polkovnik Şair Ramaldanov da əks olunub.

Qeyd edək ki, N.Sadıqov 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Prezidentinin 2 noyabr 1993-cü il tarixli sərəncamı ilə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.Şair Ramaldanov isə 1992-ci ildən polk komandirinin müavini kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 1993-cü ilin noyabr ayında 702 saylı motoatıcı briqadanın komandiri vəzifəsinə təyinat alıb. 1995-ci ildə III ordu korpusunun komandiri vəzifəsinə təyin edilib. 1997-2012-ci illərdə ordu korpusunun komandiri vəzifəsində xidmət keçib. 2012-ci ildə yaş həddi ilə əlaqədar xidmətdən ehtiyata buraxılıb.
“Horadiz əməliyyatı” 1993-ci ilin dekabrından başlayaraq 1994-cü ilin yanvarın 6-dək davam edən və Füzuli rayonunun Horadiz qəsəbəsini erməni işğalçılarından azad etmək üçün aparılan döyüşlərdir. Nəticədə Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçib. Uğurlu əməliyyatda qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu