Qaynar xətt:

(+99450) 247 90 86

Putin canlı yayımda: “Üçüncü dünya müharibəsi planeti məhv edəcək”

Putin canlı yayımda: “Üçüncü dünya müharibəsi planeti məhv edəcək”

SİYASƏT

2034

07.06.2018, 19:18

\"\" Rusiya prezidenti Vladimir Putin rusiyalılarla mərkəzi telekanalların və radiostansiyaların efirində birbaşa ünsiyyət qurur. “OXU24.COM” xəbər verir ki, yeni formatda keçirilən görüşə 2.3 milyon sual daxil olub.
“Nə etmək lazım olduğunu bilməyəndə nə edirsiniz?” sualına Putin “Çıxış yolu tapmağa çalışıram” cavabını verib.
Üçüncü dünya müharibəsi ilə bağlı suala Rusiya liderinin cavabı belə olub: “Üçüncü dünya müharibəsi dünyanın sonu olacaq, sivilizasiyamız məhv olacaq. Üçüncü dünya müharibəsinin hansı silahla aparılacağını bilmirəm. Amma dördüncü dünya müharibəsi daş və ağac parçası ilə baş tutacaq”. ABŞ-ın ticarət müharibəsi ilə bağlı suala Putinin cavabı belə olub: “ABŞ öz partnyorlarına qarşı sanksiya tətbiq edir”.