Qaynar xətt:

(+99450) 247 90 86

Naxçıvan istiqamətində böyük ərazi ələ keçirmişik - TƏCİLİ

Naxçıvan istiqamətində böyük ərazi ələ keçirmişik - TƏCİLİ

SİYASƏT

15568

26.05.2018, 16:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə götürüb. Virtualaz.org xəbər verir ki, bu məlumatı erməni tərəfi açıqlayıb.
Azərbaycan orduunun Naxçıvan istiqamətdə irəliləyərək böyük ərazini nəzarətə götürməsi Ermənistanda silahlı qüvvələrin yeni Baş qərargah rəisinin təyinatı ətrafında gedən polemikada ortaya çıxıb. “Hetq” internet nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bu vəzifəyə 5-ci ordu korpusunun komandanı, general-mayor Artak Davtyanın təyin olunmasını tənqid edərək baş nazir Nikol Paşinyanın bu qərarını anlamadığını bildirib. “Hətta Artak Davtyanın bundan əvvəl 5-ci ordu korpusunun komandanı təyin edilməsi ən azından Azərbaycan və Ermənistan sərhədinin Naxçıvan istiqamətində son günlər baş verənlərə görə təəcüb, anlaşılmamazlıq doğurur (5-ci korpus Ermənistanın Naxçıvanla sərhəd istiqamətinə cavabdehdir-red.). Neytral sahədə azərbaycanlılar öz mövqelərini irəli çəkməyə və böyük əraziləri nəzarət altına almağa nail olub”-Edik Bağdasaryan bildirib.
Azərbaycan ordusu müharibəyə başladı: Naxçıvan istiqamətində böyük ərazi ələ keçirmişik - TƏCİLİBağdasaryan onu da deyib ki, əslində Baş qərargah rəis postuna ən layiqli namizəd general Onnik Qasparyan idi . Qasparyan hazırda Baş qərargah rəisinin müavini vəzifəsini tutur. Jurnalistin bildirdiyinə görə Paşinyan əslində həmin vəzifəyə Qasparyanı təyin etmək istəyib. Amma general razılaşmayıb. Xatırladaq ki, general Davtyanın Baş qərargah rəisi vəzifəsinə layiq olmadığını bundan əvvəl general-leytenant Artur Aqanbekyan da açıqlamışdı. Bildirmişdi ki, Davtyanı uzun illərdir tanıyır və Baş qərargah rəisi kimi məsul vəzifəyə ən hazırlıqsız generalın təyin edilməsindən ciddi narahatdır. Azərbaycan ordusunun Naxçıvan istiqamətində mövqelərini irəli çəkərək strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməsi barədə xəbərlər “Vkontakte” sosial şəbəkəsində azərbaycanlı hərbçilərin qrupunda da yayılıb və müzakirə olunub. Həmin xəbərlərdə deyilir ki, ordumuzun əsgəri, Ağstafa rayonundan olan Əli Tatarov da məhz bu əməliyyat zamanı igidliklə şəhid olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları şəhidimizin qisasını alıb. Azərbaycan ordusunun irələməsinə görə Ermənistanın yeni müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan da sərhədin Naxçıvan istiqamətinə baş çəkib şəxsən müşahidə aparıblar. Rəsmi dövlət xəbər agentliyi AzərTAC-da mayın 24-də yerləşdirilmiş xəbərdə də ordumuzun Naxçıvan istiqamətində “planlı mühəndis-istehkam işləri apardığı” barədə bəhs olunur. Məlumatda deyilirdi ki, təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb. Daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib. Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir. 2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib. Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir.
Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

16:07 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlimlə bağlı 10 milyon dollar yardım göstərir 

64

0
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

15:57 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb 

64

0
Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

15:50 / 06 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Əzab vermə ilə adi döyülmənin fərqi nədir? – Hüquqda “üç dəfə” meyarı  

71

0
Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

15:44 / 06 Oktyabr 2026

TİBB TİBB

Dərman alanlara xəbərdarlıq: Apteklərdə yeni vəziyyət necə olacaq? 

86

0
Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

15:39 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Rüşvət haqda məlumatları hansı orqana təqdim etməliyik? 

77

0
Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

15:20 / 06 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Politoloqdan “3+3” formatı və İranın mövqeyi ilə bağlı VACİB AÇIQLAMA: “Azərbaycan olmadan...”  

157

0
Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

15:19 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ramiz Mehdiyevlə bağlı gizlədilən sirr – Hamı bunu gözləyir 

168

0
Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

15:16 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Həmin məlumatı verənləri pul mükafatı gözləyir 

248

0
Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

15:05 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türkiyə bu ölkəyə ordu yeridir: Savaşa girəcək 

82

0
Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

15:00 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

Türk əsgərləri 3000 kvadrat metrlik yüksəklikdə  Türkiyə bayrağını açdılar

81

0
Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

14:34 / 06 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda ötən ay 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb 

80

0
İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

14:24 / 06 Oktyabr 2026

DÜNYA DÜNYA

İran metrosunda şəkli vurulan ermənilər KİMLƏRDİR?

152

0