Qaynar xətt:

(+99450) 247 90 86

NATO- dan İraqa qarşı ŞOK qərar

2020/01/04/1578148591_628992fb-f871-46c6-8804-b9dfe0b1e655_640.jpg

SİYASƏT

867

04.01.2020, 18:34

NATO İraqda yerli ordu üçün kadr hazırlığı üzrə missiyasının işini dayandırıb.
"Report" xəbər verir ki, NATO-nun mətbuat xidməti TASS-a açıqlamasında ABŞ-ın hava hücumlarından sonra artan qeyri-sabitliyi səbəb göstərib. "NATO-nun İraqdakı təlim missiyasının işi dayandırılıb", - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, NATO-nun İraqda yerli orduya təlim keçmək üçün qeyri-döyüş missiyası 2018-ci ilin oktyabrında Bağdadda başlayıb. Hazırda NATO-nun İraqdakı missiyasında alyans ölkələri və tərəfdaş ölkələrdən, o cümlədən İsveç və Finlandiyadan 500-dək təlimatçı və məsləhətçi var.