Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2197
az

“Azərbaycanı “İsgəndər”lərlə vurmaq Ermənistan üçün intihar olacaq” -

19:2325 May, 2018
4986
SİYASƏT
  • A
Bu günlərdə erməni KİV-ləri Ermənistan Silahlı Qüvvələrinin yaxın aylar ərzində guya “Tor” zenit raket kompleksləri ilə təchiz ediləcəkləri barədə məlumat yayıb.

Oxu24.com xəbər verir ki, “Sputnik Azərbaycan” rusiyalı müstəqil hərbi ekspert Aleksey Xlopotovun “Tor”lar və bundan sonra regionda hadisələrin necə cərəyan edəcəyi ilə bağlı fikirlərini öyrənib.

- Rusiyanın Ermənistanı “Tor” ZRK-ları ilə təchiz edəcəyi barədə iddialar var. Bu silahların mahiyyəti nədir və onlar nə ilə təhlükəlidir?

- “Tor” qoşunların hava hücumundan müdafiəsi silahıdır. O, quru qoşunlarının havadan endirilən zərbələrdən müdafiəsi təyinatlı zenit raket sistemidir. Yəni bu, birmənalı olaraq yalnız müdafiə silahıdır. Ermənistan tərəfi onun əldə edilməsini özünün ən yaxşı zərbə hissələrinin, ilk növbədə tank bölmələrini, həmçinin “İsgəndər”ləri vəziyyətin gərginləşəcəyi halda Azərbaycan ordusunun zərbələrindən qorumağa qadir vasitə kimi nəzərdən keçirir. “Tor”lar ciddi və effektiv silahlardır, lakin onların əsas xüsusiyyəti taktiki olmalarıdır. “Tor” hərbi münaqişənin gedişinə ciddi təsir göstərməyə qadir deyil. Həmçinin başa düşdüyüm qədərilə onların təchizatı hələ baş tutmayıb.

Lakin belə bir təchizatın mümkünlüyü barədə məlumat Rusiya prezidenti Vladimir Putinin erməni baş nazir Nikol Paşinyanla görüşdə böyük ehtimalla sonuncunu Moskvanın İrəvana münasibətdə kursunun dəyişmədiyi və bir daha hərbi-texniki yardım və dəstəyə zəmanət verməsini göstərir. Öz növbəsində Paşinyan isə bu addımla Rusiyanın Cənubi Qafqazdakı vəziyyəti nəzarət altında saxladığını anlamalıdır.

- Ermənistanın “İsgəndər”ləri var və İrəvan mütəmadi şəkildə onları tətbiq edəcəyinə dair hədələr irəli sürür. Hərçənd daha öncə Rusiya tərəfi bəyan edib ki, erməni mütəxəssislər bu silaha yaxın buraxılmayacaqlar və ona texniki xidmət də Rusiya tərəfindən həyata keçiriləcək. Necə düşünürsünüz, əgər Ermənistan Cənubi Qafqazda “Pandora qutusu”nu açsa, Rusiyanın reaksiyası necə olacaq?

- Əgər Ermənistan ilk olaraq “İsgəndər”lərlə Azərbaycanın obyektlərinə və ya keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə zərbə endirsə, Rusiyanın reaksiyasını təxmin etməzdən öncə, şəxsən mən hesab edirəm ki, bu addımın atılmasına şans çox aşağıdır. Bu, Ermənistan üçün intihar olardı.

Lakin Rusiyanın belə vəziyyətdə əhəmiyyətli kömək göstərə biləcəyini düşünmürəm, Moskvanın edə biləcəyi maksimum yardım kəşfiyyat məlumatlarını bölüşmək olar. İstənilən halda Rusiya açıq şəkildə aqressorun mövqeyindən çıxış etməyəcək. Moskva öz bazalarına təcrid olaraq, onların müdafəsini saxlayacaq və gözləyəcək, paralel olaraq isə diplomatik kanallarla atəşin dayandırılmasına nail olmağa çalışacaq. Hərçənd müharibə Paşinyanın da maraqlarına daxil deyil. O, hakimiyyətə yeni gəlib və hazırda əsas tapşırığı ölkədaxili siyasi cəbhədə öz vəziyyətini möhkəmləndirməkdir.

Paşinyana müxalif qüvvələrin sərhəddə hərbi provokasiyalar quraşdıracağı isə baş məsələdir. Hərçənd bu qüvvələrin də “İsgəndər”lərdən istifadə edə bilməsi ehtimalı çox azdır, hətta mümkünsüzlük hüdudundadır.

- Erməni KİV-ləri iddia edir ki, Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatı Azərbaycan toplarını susmağa vadar edəcək. Necə düşünürsünüz, Moskva Cənubi Qafqaza diqqət ayıra bilmədiyi və çempionatla məşğul olduğu bir zamanda regionda eskalasiya baş verə bilərmi?

- Azərbaycana gəlincə isə, onun hərbi-iqtisadi potensialını nəzərə alaraq münaqişənin hərbi həllinin onun üçün ən cəlbedici variantlardan biri olmasını deyə bilərik. Obrazlı şəkildə ifadə etsək, Azərbaycana hazırda Ermənistanın bezdirici milçək kimi – praktiki olaraq bir zərbə ilə məhv etməyə qadirdir. Ermənistanda bunu çox gözəl başa düşürlər və ...qorxurlar. Erməni KİV-lərində belə məlumatlar məhz bundan qaynaqlanır.

Azərbaycan hərbi sahədə dominatlıq edərək hərbi fəaliyyətin vaxtı və zamanını özü seçmək hüququna malikdir. Böyük ehtimalla öz niyyətlərini maskalamaq şəkli barədə düşünmək də lazım gəlmir. Mahiyət etibarilə Azərbaycan hərbi əməliyyatları yalnız “güclünün hüququ” üzrə başlaya bilər. Elə isə Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatına istiqamətlənmək Azərbaycanın nəyinə lazımdır?

2008-ci ildəki Cənubi Osetiya hadisələrini xatırlamaq kifayət edir. Həmin vaxt Pekindəki Olimpiya Oyinları Gürcüstana Cənubi Osetiyada hərbi əməliyyatlar başlamağa mane olmadı, Rusiya üçün də əvvəlcə oraya, sonra isə Gürcüstanın özünə qoşun daxil etmək də bir problem yaratmadı.

Azərbaycan prezidenti İlham Əliyev müasir dövrün ən müdrik siyasətçilərindən biri olması ilə məşhurdur, siz də məni bağışlayın, “adamyeyən” olması ilə yox. Onun planlarında Cənubi Qafqazda tam miqyaslı müharibənin başladılması bəndinin olduğunu düşünmürəm. Lakin onun erməni tərəfinin provokasiyalarına yol verməyəcəyi dəqiqdir. Belə olan hada cavab maksimal dərəcədə sərt olacaq. Odur ki, eskalyasiyaya yol verilməməsi üçün Ermənistan daxilindəki vəziyyəti necə yaxşı idarə etməsini nümayiş etdirmək Paşinyanın öz maraqları daxilindədir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu