Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2135
az

Putin Paşinyana niyə silah verir?

14:4124 May, 2018
1012
SİYASƏT
  • A
 Ermənistan Müdafiə naziri David Tonoyan Astanada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Görüşdə ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında münasibətlər müzakirə edilib. Nazilər bəzi sahələrdə daha yüksək əməkdaşlığın təmini barədə razılığa gəliblər.

Rusiya son günlər digər erməni nazirlərlə də kontaktını gücləndirib. Tonoyanın Şoyqu ilə görüşündən bir qədər əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov erməni həmkarı Levon Mnatsakanyana zəng edib.

Moskvanın Ermənistana yaxınlaşması ilə bağlı artıq erməni mətbuatı da müəyyən fikirlər səsləndirməyə başlayıb. Mətbuat Rusiyanın Ermənistana TOR sistemləri verməyə hazır olması haqqında xəbərlər yayıb.

TOR haqqında dünən parlamentdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan da danışıb. Deputatların bu sistemlərin əldə olunması haqqında razılığın nə zaman imzalanacağı ilə bağlı sualına Paşinyan "bu məlumat məxfidir” cavabını verib.

Daha sonra məsələni Ermənistan-Rusiya münasibətləri istiqamətinə yönəldən Paşinyan Soçi görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı münasibətlərinin formalaşdığını deyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU