Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1938
az

Sarkisyan Qarabağla bağlı Əliyevlə razılaşmışdı - Papyan HƏR ŞEYİ AÇDI

10:5919 May, 2018
3307
SİYASƏT
  • A
 "Danışıqlar masasında "Madrid prinsipləri” əsasdır. Bu, yeddi rayonun Azərbaycana qaytarılmasını, qaçqınların qayıdışını nəzərdə tutur. Yalnız bundan sonra Qarabağın statusu məsələsi müzakirə olunur”.

Oxu24.com  xəbər verir ki, bu barədə erməni politoloq Ara Papyan deyib.

Papyan qeyd edib ki, danışıqlarda irəliləyişin olacağını demək çətindir.


O, Nikol Paşinyanın Azərbaycan lideri ilə danışıq aparmaq bacarığının olub-olmaması haqda müzakirələrə də münasibət bildirib.

"Paşinyan prosesdən xəbərsizdir, çünki müxalifətdə olub. Məncə, onu məlumatlandırmaq çətin olmaz. Əsas danışıqları xarici işlər nazirləri aparacaq, liderlər daha yüksək səviyyədə görüşəcəklər. Danışıqlar masasında əyləşmək Ermənistanda kimsə üçünsə üstünlük deyil. Vaxtilə Sarkisyan ərazilərin böyük bir qismini Əliyevə qaytarmağa razılaşmışdı. Sonrada proses pozuldu. Yəni danışıqlar masasında Ermənistanı kimin təmsil etməsi yox, nəticə önəmlidir”, - deyə o bildirib.

Erməni politoloq təklif edib ki, Ermənistanı danışıqlarda prezident Armen Sarkisyan təmsil etsin. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu
Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU