Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1923
az

Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan sərhədində -

20:2318 May, 2018
4071
SİYASƏT
  • A
 Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində olublar.

Virtualaz.org xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünün Facebook səhifəsində yazır.

“Onlar operativ vəziyyətlə yerində tanış olandan sonra komandanlıqla bu istiqamətdə xidmət keçməyin xüsusiyyətlərini müzakirə etdilər. Müdafiə naziri David Tonoyan hərbçiləri daim sayıq olmağa, təxribatlara uymamağa, ancaq düşmənin istənilən hərəkəti barədə xəbərdarlıq etməyə çağırıb”-Ovanisyan yazıb.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfər edib, bir sıra obyektlərin açılışında iştirak edib və muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusuna baş çəkib. Prezident bildirib ki, Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş birləşməsi ən müasir silahlarla, güclü raketlərlə silahlanıb və düşmənin istənilən həmləsinin qarşısını almağa, uğurlu əks-həmlə həyata keçirməyə
qadirdir. Azərbaycan prezidentinin bu səfəri düşmən ölkədə növbəti dəfə “Naxçıvandan qaynaqlanan təhdidlə” bağlı panika yaradıb.


Günün təklif olunan VİDEOSU:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu