Ermənistanda etirazçılar Sotk şəhəri yaxınlığındakı iri qızıl yatağına aparan yolu bağlayıblar.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, ölkədə qiymətli metalların hasilatı ilə məşğul olan GeoProMining Gold" şirkətinin məlumatına əsasən, etirazçılar mayın 17-dən etibarən Sotk yatağına gedən yolu bağlayıblar:
"Onlar vətəndaş hərəkatının iştirakçısı olduqlarını və öz haqları uğrunda mübarizə apardıqlarını bildirirlər".
Aksiya iştirakçıları qızıl yatağının rəhbərliyinin istefasını da tələb edirlər.
Şirkət etirazların ona məxsus müəssisələrdə işlərin tam dayanmasına səbəb ola biləcəyini istisna etmir. Oxu24.com
ŞƏRHLƏR