Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1895
az

Pensiya yaşına çatmış müəllimlər bu halda işdən çıxarmalıyacaq

11:3118 May, 2018
1573
SİYASƏT
  • A
Bu ildən yaşı 65-ə çatmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil müəllimləri ilə müddətli əmək müqaviləsinin bağlanılması ərazi maliyyə-hesablaşma mərkəzləri (ƏMHM) və rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) birgə razılığı əsasında həyata keçiriləcək.

Oxu24.com  xəbər verir ki, bunu Təhsil Nazirliyi (TN) Trend-in sorğusuna cavab olaraq bildirib.

Nazirlikdən qeyd edilib ki, bu məsələ TN-nin 02.04.2018-ci il tarixli F-223 nömrəli əmrində öz əksini tapıb.

Əmrə əsasən, ƏMHM və R(ş)TŞ-ləri müddətli əmək müqaviləsinin bağlanılmasına dair qərar qəbul edərkən təhsil nazirinin 14 yanvar 2002-ci il tarixli 1404 nömrəli əmrinin, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsinə dair qaydaların tələblərinin əsas götürülməsinə nəzarəti təmin edirlər. Onlar eyni zamanda, çalışmanın yaş həddinə çatmasına 1 ay qalmış göstərilən ixtisaslar üzrə müəllimlərin siyahısının hazırlanması, onlara bildirişlərin göndərilməsini, sənədlərin bir sıra meyarlar üzrə qiymətləndirillməsinə nəzarəti təmin edirlər.

Həmin meyarlar ümumtəhsil müəssisəsində çalışma müddəti uzadılmış işçilərin sayının həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq olmaması (nəzərə alınmalıdır ki, müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır), fənn üzrə orta dərs yükünün 1 stavkadan az olmaması, fənn üzrə ixtisaslı pedaqoji kadrların, əvəzetmə, müvəqqəti işə qəbul imkanlarının olmaması, çalışmanın yaş həddinə çatmış müəllimin diaqnostik qiymətləndirmədə topladığı bal (ixtisas/metodika), çalışmanın yaş həddinə çatmış müəllimin pedaqoji fəaliyyəti dövründə nailiyyətləri, pedaqoji kollektivdə və valideynlər arasında nüfuzudur.

Çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsi, bir qayda olaraq, dərs ilinin sonunadək bağlanılır.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ
Prezident Ermənistanla sülh üçün 2    şərtini     AÇIQLADI

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu