Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
31 Oktyabr 2026, 00:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1784
09.10.2026, 23:27
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib.
Oxu24.com xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub ki, bəzi beynəlxalq media qurumlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı sarsılmaz əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” anlayışını hədəf alan materiallar müəyyən edilib.
Bildirilib ki, sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağa, regional sülh və sabitliyi pozmağa yönəlmiş açıq informasiya manipulyasiyası əməliyyatıdır.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı şəkildə davam etdirirlər. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaq”, – açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu cür materiallara etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırıb.
00:59 / 31 Oktyabr 2026
21
00:50 / 31 Oktyabr 2026
60
00:24 / 31 Oktyabr 2026
80
00:18 / 31 Oktyabr 2026
109
00:07 / 31 Oktyabr 2026
78
00:03 / 31 Oktyabr 2026
271
00:02 / 31 Oktyabr 2026
94
23:56 / 30 Oktyabr 2026
86
23:46 / 30 Oktyabr 2026
77
23:44 / 30 Oktyabr 2026
105
23:32 / 30 Oktyabr 2026
171
23:31 / 30 Oktyabr 2026
85
23:28 / 30 Oktyabr 2026
81
23:23 / 30 Oktyabr 2026
91
23:19 / 30 Oktyabr 2026
104
23:19 / 30 Oktyabr 2026
72
23:08 / 30 Oktyabr 2026
214
23:01 / 30 Oktyabr 2026
99
23:01 / 30 Oktyabr 2026
557
22:55 / 30 Oktyabr 2026
936
22:49 / 30 Oktyabr 2026
165
22:42 / 30 Oktyabr 2026
82
22:35 / 30 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.