Yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
07 Noyabr 2026, 18:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
252
26.09.2026, 13:15
SOCAR sovet dövründən qalan və artıq istismar edilməyən yüzlərlə quyu ilə bağlı işlər həyata keçirir.
Oxu24.com xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev bildirib.
Hikmət Abdullayev qeyd edib ki, bu quyuların bir hissəsinin ətrafındakı infrastruktur dağılıb və nəticədə həmin obyektlərə çıxış ciddi şəkildə məhdudlaşıb. Digər quyularda isə işlərin aparılması texniki baxımdan daha asandır və SOCAR artıq bu istiqamətdə işlər görür.
Onun sözlərinə görə, proses ilkin tədqiqatların aparılması, məlumatların toplanması, müvafiq icazələrin alınması və görülən işlərdən sonra monitorinqin həyata keçirilməsi daxil olmaqla bir sıra mərhələləri əhatə edir.
Hikmət Abdullayev bildirib ki, əlçatan və texniki baxımdan mürəkkəb olmayan quyularda bütün zəruri dövlət icazələri alındıqdan sonra işlərin görülməsi təxminən bir ay çəkə bilər.
“Daha mürəkkəb hallarda isə proses bir il çəkə bilər. Çünki burada mövcud olmayan müəyyən avadanlıqların idxalına ehtiyac yaranır, daha ətraflı qiymətləndirmələr aparılmalı, ROV-lar vasitəsilə sualtı tədqiqatlar həyata keçirilməlidir”, – Hikmət Abdullayev bildirib.
SOCAR-ın vitse-prezidentinin müavini əlavə edib ki, mürəkkəb texniki məsələlərin həlli üçün beynəlxalq ekspertlərin bilik və təcrübəsindən də istifadə olunur. Xarici mütəxəssislərin cəlb edildiyi layihələrdə yerli komandaların iştirakı əsas şərtlərdən biridir.
Hikmət Abdullayevin sözlərinə görə, yerli mütəxəssislərin layihələrin icrası prosesində təcrübə qazanması nəzərdə tutulur və məqsəd gələcəkdə bu işlərin SOCAR-ın yerli komandaları tərəfindən müstəqil şəkildə həyata keçirilməsidir.
20:03 / 07 Noyabr 2026
1
19:58 / 07 Noyabr 2026
14
19:53 / 07 Noyabr 2026
2609
19:38 / 07 Noyabr 2026
60
19:37 / 07 Noyabr 2026
78
19:24 / 07 Noyabr 2026
456
19:11 / 07 Noyabr 2026
74
19:07 / 07 Noyabr 2026
94
19:04 / 07 Noyabr 2026
161
18:55 / 07 Noyabr 2026
97
18:53 / 07 Noyabr 2026
353
18:52 / 07 Noyabr 2026
156
18:22 / 07 Noyabr 2026
96
18:12 / 07 Noyabr 2026
100
18:08 / 07 Noyabr 2026
85
17:52 / 07 Noyabr 2026
735
17:37 / 07 Noyabr 2026
366
17:34 / 07 Noyabr 2026
1219
17:32 / 07 Noyabr 2026
133
17:30 / 07 Noyabr 2026
117
16:55 / 07 Noyabr 2026
114
16:31 / 07 Noyabr 2026
120
15:55 / 07 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.