Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
263
03.09.2026, 11:47
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib.
Oxu24.com xəbər verir ki, qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlət başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik edib.
Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğulayıb.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib.
Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edilib.
ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulanıb.
Görüşdə mədəniyyətlərarası dialoqa toxunulub, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edilib.
ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirib.





10:39 / 03 Noyabr 2026
11
10:30 / 03 Noyabr 2026
23
10:27 / 03 Noyabr 2026
47
10:24 / 03 Noyabr 2026
40
10:20 / 03 Noyabr 2026
56
10:17 / 03 Noyabr 2026
79
10:01 / 03 Noyabr 2026
221
10:00 / 03 Noyabr 2026
73
09:58 / 03 Noyabr 2026
68
09:31 / 03 Noyabr 2026
73
09:29 / 03 Noyabr 2026
71
09:28 / 03 Noyabr 2026
81
07:35 / 03 Noyabr 2026
158
06:33 / 03 Noyabr 2026
172
03:05 / 03 Noyabr 2026
481
02:30 / 03 Noyabr 2026
554
01:55 / 03 Noyabr 2026
278
00:25 / 03 Noyabr 2026
212
00:20 / 03 Noyabr 2026
492
00:15 / 03 Noyabr 2026
342
00:15 / 03 Noyabr 2026
217
00:06 / 03 Noyabr 2026
441
23:44 / 02 Noyabr 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.