Yenidən Ombudsman seçildi
03 Noyabr 2026, 12:17
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
487
02.09.2026, 14:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.
Oxu24.com xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi.
Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladı. O, bu gün Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd etdi.
Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.
O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu.
Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu dedi.
Dövlətimizin başçısı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd etdi. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğuladı.
Dmitri Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd etdi.
Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olundu.





12:17 / 03 Noyabr 2026
19
12:10 / 03 Noyabr 2026
58
12:06 / 03 Noyabr 2026
34
12:01 / 03 Noyabr 2026
66
11:59 / 03 Noyabr 2026
46
11:57 / 03 Noyabr 2026
50
11:46 / 03 Noyabr 2026
61
11:44 / 03 Noyabr 2026
54
11:40 / 03 Noyabr 2026
51
11:35 / 03 Noyabr 2026
70
11:33 / 03 Noyabr 2026
64
11:30 / 03 Noyabr 2026
394
11:22 / 03 Noyabr 2026
62
11:11 / 03 Noyabr 2026
66
11:10 / 03 Noyabr 2026
75
11:01 / 03 Noyabr 2026
380
10:51 / 03 Noyabr 2026
71
10:44 / 03 Noyabr 2026
180
10:39 / 03 Noyabr 2026
80
10:30 / 03 Noyabr 2026
180
10:27 / 03 Noyabr 2026
255
10:24 / 03 Noyabr 2026
68
10:20 / 03 Noyabr 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.