Trampın Əliyevi ABŞ-yə dəvəti Azərbaycana nə verəcək? — SİYASİ ŞƏRH
02 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
260
02.09.2026, 12:00
Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
“Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri 3 min 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib.
Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır. Minalar və mina tələləri yalnız keçmiş hərbi mövqelərdə deyil, həm də yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkar edilib. Buna baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən gəlməyə və vətəndaşlarının öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və davamlı qayıdışını təmin etməyə qətiyyətlə sadiqdir”, - dövlət başçısı qeyd edib.
00:25 / 03 Noyabr 2026
27
00:20 / 03 Noyabr 2026
31
00:15 / 03 Noyabr 2026
48
00:15 / 03 Noyabr 2026
46
00:06 / 03 Noyabr 2026
84
23:44 / 02 Noyabr 2026
69
23:39 / 02 Noyabr 2026
72
23:38 / 02 Noyabr 2026
54
23:37 / 02 Noyabr 2026
88
23:32 / 02 Noyabr 2026
81
23:28 / 02 Noyabr 2026
82
23:24 / 02 Noyabr 2026
79
23:19 / 02 Noyabr 2026
115
23:12 / 02 Noyabr 2026
88
23:05 / 02 Noyabr 2026
101
23:05 / 02 Noyabr 2026
100
22:55 / 02 Noyabr 2026
270
22:48 / 02 Noyabr 2026
205
22:44 / 02 Noyabr 2026
89
22:27 / 02 Noyabr 2026
107
22:25 / 02 Noyabr 2026
101
22:22 / 02 Noyabr 2026
89
22:18 / 02 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.