Bakı-Ankara münasibətləri niyə hədəfə çevrilib? — TƏHLİL
11 Oktyabr 2026, 01:28
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
271
31.08.2026, 23:56
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində avqustun 31-də Mozambik Respublikasının Baş naziri Maria Benvinda Levi ilə görüşüb.
Bu barədə Oxu24.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin sədri Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə danışıb.
Görüşdə bir sıra sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Spiker cari ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublikası Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşünü xatırlayaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı parlamentlər arasında və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Baş nazir Maria Benvinda Levi Mozambik və Azərbaycan arasında münasibətlərin mövcud vəziyyətindən razılıqla danışıb. O, mozambikli tələbələrin və diplomatların Azərbaycanda keçirilən proqramlarda iştirakına görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyası dövründə də Mozambikə öz dəstəyini göstərib.
Baş nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bir sıra mühüm məsələlərin müzakirəsi üçün mühüm platformadır və Mozambik də bu Şəbəkənin işində iştirak edir.
Görüşdə parlamentlərarası, təhsil, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində avqustun 31-də Uqanda Respublikasının Vitse-prezidenti Cessika Alupo ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti nəzərdən keçirilib. Söhbət zamanı BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıqdan və birgə fəaliyyətdən məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi uğurla başa vuraraq onu Uqandaya təhvil verib. Qoşulamama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edən Milli Məclisin sədri, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması və onun fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə fikirlərini bölüşüb.
Görüşdə bir sıra sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, əməkdaşlığımızın çox gözəl nümunələrindən biri də “ASAN xidmət” modelidir. Hazırda bu model Uqandada uğurla tətbiq olunur və ölkələrimiz bir sıra sahələrdə əməkdaşlıq edir. Bundan başqa, uqandalı tələbələr 2024-2025-ci illərdə Heydər Əliyev Beynəlxalq Təqaüd Proqramından faydalanıblar.
Söhbət zamanı parlamentlər arasında və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə də danışılıb, qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Uqandanın Vitse-prezidenti Cessika Alupo bildirib ki, ölkəsi Azərbaycanla mövcud olan ikitərəfli əlaqələri yüksək qiymətləndirir və bunu daha da inkişaf etdirməkdə maraqlıdır. Qeyd olunub ki, investisiya, ticarət, kənd təsərrüfatı, elm, texnologiya və digər sahələr üzrə əməkdaşlığı irəli aparmaq üçün yaxşı imkanlar mövcuddur.
Söhbət zamanı Uqandanın Vitse-prezidenti ölkəsinin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, iki ölkə arasında beynəlxalq təşkilatlarda, həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
01:41 / 11 Oktyabr 2026
920
01:28 / 11 Oktyabr 2026
8129
01:15 / 11 Oktyabr 2026
127
01:11 / 11 Oktyabr 2026
248
00:59 / 11 Oktyabr 2026
823
00:56 / 11 Oktyabr 2026
199
00:39 / 11 Oktyabr 2026
306
00:21 / 11 Oktyabr 2026
435
00:19 / 11 Oktyabr 2026
156
00:17 / 11 Oktyabr 2026
85
00:11 / 11 Oktyabr 2026
411
00:06 / 11 Oktyabr 2026
338
23:34 / 10 Oktyabr 2026
418
23:24 / 10 Oktyabr 2026
99
23:24 / 10 Oktyabr 2026
113
23:11 / 10 Oktyabr 2026
163
22:55 / 10 Oktyabr 2026
92
22:49 / 10 Oktyabr 2026
147
22:39 / 10 Oktyabr 2026
100
22:35 / 10 Oktyabr 2026
147
22:28 / 10 Oktyabr 2026
91
22:06 / 10 Oktyabr 2026
96
21:36 / 10 Oktyabr 2026
4122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.