İran və Rusiya Zəngəzur dəhlizinə mane ola bilərmi?
15 İyul 2026, 14:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
75
15.07.2026, 13:21
Rusiya ilə Azərbaycan arasında son dövrlərdə Ukrayna məsələsi başda olmaqla bir sıra geosiyasi mövzularda fikir ayrılıqlarının olması rəsmi Kremlin nümayəndələri tərəfindən də etiraf edilib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərə kölgə salmaması və praqmatik tərəfdaşlığın davam etdirilməsi barədə açıqlaması diqqəti yenidən Bakı-Moskva xəttinə yönəldib. Uzun illər işğal faktından əziyyət çəkmiş Azərbaycan üçün suverenlik və ərazi bütövlüyü prinsipləri hər zaman qırmızı xətt olaraq qalmaqdadır. Eyni zamanda, regionda formalaşan yeni reallıqlar tərəfdaşlıq münasibətlərində daha balanslı və beynəlxalq hüquqa əsaslanan yanaşmanı zəruri edir. Mövcud fikir ayrılıqları fonunda iki ölkə arasındakı gələcək münasibətlərin inkişaf dinamikası və tərəflərin gözləntiləri böyük maraq doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev Bakı-Moskva münasibətlərinin hazırkı vəziyyətini və gələcək perspektivlərini qiymətləndirib.
Siyasi şərhçi bildirib ki, uzun illər işğala məruz qalmış bir ölkə kimi Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi həm də özünün haqlı davasına vermiş olduğu layıqlı və ləyaqətli bir yanaşmadır:"Nəzərə alsaq ki, Azərbaycan torpaqlarını da işğalda saxlayan ermənilərin əli ilə, ermənilərin adı altında Rusiyanın özü idi. Rusiya Cənubi Qafqazda özünün geosiyasi maraqlarını qorumaq naminə hər iki ölkəni bu işğal faktı ilə özündən asılı vəziyyətdə saxlayırdı. Bu gün Ukraynada aparılan işğalçı siyasətin gerçək mahiyyətini Azərbaycan tərəfi, Azərbaycan lideri çox gözəl bildiyindən, bu məsələdə Rusiya ilə ciddi fikir ayrılığı yaşaması təbiidir və normaldır".
Taleh Əliyev Azərbaycanla Rusiya arasındakı müttəfiqlik münasibətlərində yaranan digər problemlərə və öhdəliklərin yerinə yetirilməməsi məsələsinə də toxunub:"Bildiyniz kimi, 2024-cü ilin dekabr ayında Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulması ilə Rusiya bu müttəfiqlik münasibətlərinə növbəti dəfə xələl gətirmiş oldu. Təəssüflər olsun ki, o gündən bu günə bu cinayətin gerçək səbəbkarının cəzalandırılması, dəymiş zərərə görə həlak olanlara və yaralananlara kompensasiyanın verilməsi, həmçinin Azərbaycanın dövlət şirkəti olan AZAL-a kompensasiyanın ödənilməsi ilə bağlı Rusiya tərəfi heç bir ciddi və əməli addım atmayıb. Bu da müttəfiqliyi sual altında qoyur”.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu məsələlərdə tələsmir və çalışır ki, necə ki 34 il işğalda olan torpaqlarını beynəlxalq hüquqa əsasən işğaldan azad etdi, bu gün də bu təyyarə məsələsi ilə bağlı Rusiyanın beynəlxalq hüquq öhdəliklərini yerinə yetirməsini və ikitərəfli münasibətlərə hörmətlə yanaşmasını gözləsin.
Siyasi şərhçi vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzu və statusu köklü şəkildə dəyişib:"Dövlət başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsindən sonra təkcə Cənubi Qafqazdakı geosiyasi reallıq dəyişmədi, həm də Azərbaycanın bir dövlət kimi statusunda və dövlət fəlsəfəsində ciddi bir dəyişiklik, ciddi bir sıçrayış oldu. Bu gün artıq Azərbaycan üçüncü dünya ölkəsi kimi deyil, beynəlxalq münasibətlər sistemində orta güc ampluasında çıxış edir. Dünyanın müxtəlif regionlarında, xüsusilə Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan bir Azərbaycanın, şübhəsiz ki, özünün də uzun illər imperialist siyasətin müstəmləkəsi kimi əziyyət çəkdiyi bir ölkə olaraq, digər regionlardakı işğalçılıq siyasətinə haqq qazandırması və onu dəstəkləməsi mümkün deyil".
Sonda ekspert Bakı-Moskva münasibətlərinin gələcəyinin bilavasitə Rusiyanın xarici siyasət kursundan asılı olacağını qeyd edib:"Azərbaycan-Rusiya münasibətlərinin gələcəyi Rusiyanın özünün imperiya siyasətindən nə dərəcədə əl çəkib-çəkməməsindən, qonşu dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlığa üstünlük verib-verməməsindən asılı olacaqdır".
Çimnaz Telmanqızı
14:56 / 15 İyul 2026
1
14:31 / 15 İyul 2026
27
14:29 / 15 İyul 2026
41
14:25 / 15 İyul 2026
31
14:20 / 15 İyul 2026
37
14:14 / 15 İyul 2026
41
14:08 / 15 İyul 2026
40
14:04 / 15 İyul 2026
52
14:00 / 15 İyul 2026
59
13:56 / 15 İyul 2026
58
13:34 / 15 İyul 2026
67
13:32 / 15 İyul 2026
54
13:28 / 15 İyul 2026
58
13:23 / 15 İyul 2026
59
13:14 / 15 İyul 2026
71
13:10 / 15 İyul 2026
60
12:45 / 15 İyul 2026
71
12:30 / 15 İyul 2026
66
12:18 / 15 İyul 2026
67
12:17 / 15 İyul 2026
71
11:56 / 15 İyul 2026
74
11:51 / 15 İyul 2026
77
11:49 / 15 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.